Əhmədli filialında valideynlərə ödənişsiz seminar keçirildi

Hədəf Kurslarının Əhmədli filialı və Hədəf Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Övladını tanı, onu düzgün yönləndir” adlı tədbir keçirildi.

Tədbirdə dörd mütəxəsis tərəfindən dörd fərqli mövzuda “Məktəbəqədər hazırlığın övladınızın həyatında rolu”, “Məktəbəqədər yaş dövrünün əsas xüsusiyyətləri və bu dövrün diqqətçəkən psixoloji məqamları”, “Məktəbəqədər uşaqlarda nitq qüsurlarının aşkarlanmsı, qarşısının alınması və bu dövrdə loqopedin rolu”,“Art terapiya nədir? Bunun övladınızın inkişafında və gələcək həyatında rolu” seminar keçirildi.

Tədbir interaktiv formada davam etdi. Çıxışlar zamanı mütəxəssislər valideynləri maraqlandıran suallara cavab verdi.

Seminar davam etdiyi müddətdə azyaşlılar üçün ustad dərsləri keçirildi. Onlar bir-birindən maraqlı “Quilling Art”, “Rəsm” və “Ebru sənəti” sahələrində özlərini sınadılar.

Bununla yanaşı tədbirdən sonra ödənişsiz olaraq uşaqlar psixoloq və loqoped müayinəsindən yararlandılar.