Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Əməliyyat Sistemləri (OS)

Əməliyyat Sistemləri (OS)

Əməliyyat sistemləri hesablama prosesini həyata keçirən texniki vasitələrin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompyuteri işə saldıqda əməliyyat sistemi başqa proqramlara əsasən əməli yaddaş qurğusuna (RAM-a) yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompyuterlərdə çox məsələli (yaddaşın və hər vaxtının bölünməsi və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompyuter avadanliqlarının istifadəsini mümkün üdən proqramdır. Əməliyyat sistemi ilk olaraq kompyuterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sisteminin altinda çalışır (Ə.S-dən kənar proqram fəaliyyət göstərə bilməz).

 ƏMƏLİYYAT SİSTEMİNİN FUNKSİYALARI.

Əsas funksiyaları:

1)      .Proqramların əməli yaddaşa köçürülməsi və onların tətbiqi.

2)      .Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi.

3)      .Kompyuterin əməli yaddaşının idarə edilməsi.

4)      .Kompyuterin sabit yaddaşının idarə edilməsi.

5)      .İstifadəçi ilə kompyuter arasında qarşılıqlı əlaqənin yaradilması.

Əlavə funksiyaları:

1)      .Bir neçə əməliyyatın paralel olaraq yerinə yetirilməsi.

2)      .Proseslər arasında bağlantı və qarşılıqlı əlaqənin qurulması.

3)      .Kompyuterlər arasında bağlantının və qarşılıqlı əlaqənin qurulması (şəbəkə).

4)      .Sistemin sıradan çıxmasının,informasiyanın itirilməsinin,informasiyanın 2-ci şəxsin əlinə keçməsinin qarşısının alınması.

5)      .Qoşulmaların idarə edilməsi.

ƏMƏLİYYAT SİSTEMLƏRİNİN TƏSNİFATI.

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur

 I.     Sistemdə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: bir istifadəçili və çox istifadəçili.

II.     Sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: bir məsələli və çox məsələli.

III.    Prosessorların sayına görə: bir prosessorlu və çox prosessorlu

IV.  Prosessorun mərtəbələrinin sayına görə: 8 mərtəbəli, 16 mərtəbəli, 32 mərtəbəli, 64 mərtəbəli. (Müasir əməliyyat sistemlərinin hamısı 32 və ya 64 mərtəbəli sistemə malikdir.)

V.    İnterfeysin tipinə görə: əmr yönlü və obyekt yönlü

VI.   İnformasiyanın emal rejiminə görə: paket emallı, vaxt bölgülü və real vaxt miqyaslı.

VII. Resurslardan istifadənin tipinə görə: şəbəkə və lokal. Şəbəkə əməliyyat sistemləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş,daha güclü bir və ya daha çox kompyuter serverlərdə quraşdırılır. Digər əməliyyat sistemləri lokal adlanır və ixtiyari kompyuterə quraşdırıla bilər. Şəbəkə əməliyyat sisteminə nümunə olaraq Windows server 2003, Windows server 2007, Linux və s. göstərmək olar.

Əməliyyat sistemlərinin interfeys imkanlarına görə növləri:

  • Starter ― yə’ni əməliyyat sistemi interfeys baxımından ən zəif imkanlara malik olur.
  • Home ― ev şəraitinə uyğun interfeys imkanları.
  • Business ― biznes fəalyyyəti üçün nəzərdə tutulnuş interfeys imkanları.Məsələn, windows vista bizness.
  • Enterprise ― nisbətən genişləndirilmiş biznes imkanları.
  • Ultimate ― əməliyyat sistemini bütün imkanlarını özündə əks etdirir.     

QEYD: Əməliyyat sistemlərində betta ( β )  versiya əsasən sınaq üçün istehsal edilən əməliyyat sistemidir.    

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx