Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - 1-4-cü siniflər üçün nəzərdə tutulan “YAY TƏTİLİ TAPŞIRIQLARI” kitabları

1-4-cü siniflər üçün nəzərdə tutulan “YAY TƏTİLİ TAPŞIRIQLARI” kitabları

Hazırda Ölkəmiz özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. İnsanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır. Bu prosesə dəstək vermək məqsədi ilə “Hədəf nəşrləri”  tərəfindən  davamlı olaraq müxtəlif təhsil pillələri üzrə əlavə tədris  vəsaitləri çap olunur.  1-4-cü siniflər üçün nəzərdə tutulan “YAY TƏTİLİ TAPŞIRIQLARI” kitabları da bu baxımdan çox faydalı hesab oluna bilər. Nəfis şəkildə çap olunan bu kitab müəllimlərin,valideyn və şagirdlərin böyük marağına səbəb olub. Ümumtəhsil məktəblərinin fənn kuriklumları əsasında hazırlanan kitablarda verilən çalışmalar şagirdlərin təfəkkürürnü,yaddaşını, diqqətini, yaradıcı təxəyülünü,analiz və sintezetmə bacarıqlarını inkişaf etdirir.Şagirdlərin ümumi dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.

Kitablarda verilən çalışmaların üstünlüyü ondadır ki, şagirdlər bu tapşırıqları yerinə yetirərkən yorulmurlar. Belə ki, uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla  çap olunan kitablar onları əyləndirərək öyrədir. Əminliklə demək olar ki, “YAY TƏTİLİ TAPŞIRIQLARI”-nı edən şagirddə riyaziyyat fənninə böyük maraq yaranır. Şagirdi,övladı  üçün bu yayın səmərəli keçməsini istəyən müəllim və valideynlər  “YAY TƏTİLİ TAPŞIRIQLARI” kitabını onlara çəkinmədən tövsiyyə edə bilərlər.
Kitabları Kitabevim.az kitab mağazasından və şəhərin digər kitab mağazalarından ala və ya 070 623 03 33 nömrəli telefona zəng etməklə sifariş vermək mümükündür.
1-3d 2-3d 3-3d 4-3d

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx