Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - 1-ci “Azərbaycan Universitetləri tanıtımı” adlı layihə həyata keçirilmişdir

1-ci “Azərbaycan Universitetləri tanıtımı” adlı layihə həyata keçirilmişdir

1-ci “Azərbaycan Universitetləri tanıtımı” adlı layihə həyata keçirilmişdir.03 iyun 2017-ci il tarixində Hədəf Kursları Azadlıq filialının sərgi zalında Hədəf Qlobalın təşkilatçılığı ilə “Azərbaycan Universitetlərinin tanıtımı” adlı sərgi təşkil olunmuşdur. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri və orta ixtisas məktəblərini abituriyentlərə tanıtmaqdır.

Tədbiri layihənin təşkilatçısı olan Hədəf Qlobalın rəhbəri t.ü.f.d. Elvin Əliyev açmışdr.O, çıxışında qeyd etmişdir ki, “hər tədris ilinin sonunda abituriyentlər Universitet və ixtisas seçimində müəyyən çətinliklər çəkirlər. Buna səbəb abituriyentlərin AR ərazisində fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəblərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamalarıdır. Biz Hədəf Qlobal olaraq abituriyentlərlə Universitet və Orta ixtisas məktəbləri nümayəndələrinin görüşünü təşkil etməyi qərara aldıq. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün ali məktəblərə layihə ilə bağlı Təşkilat Komitəsi tərəfindən dəvət məktubu göndərilmişdir. 1-ci “Azərbaycan Universitetləri tanıtımı” layihəsində 20–yə yaxın ali təhsil müəssisəsi öz istirakını təsdiq edib, sərgidə iştirak edir”.
1-ci “Azərbaycan Universitetləri tanıtımı” layihəsi Hədəf Qlobalın maliyyə imkanları hesabına həyata keçirilmişdir. İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlanmışlar. Xatırladaq ki, Hədəf Qlobal 2016-cı ildə “Hədəf Şirkətlər Qrupu” tərkibində yaradılıb. Qurumun layihələr və xarici əlaqələr fəaliyyətini həyata keçirir.

“Hədəf Şirkətlər Qrupunun” Baş Direktoru f.ü.f.d, dosent Şəmil Sadiqov öz çıxışında sərginin önəmini qeyd etmişdir. Onun fikrincə, bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, bütün Azərbaycan Universitetlərinin iştirakı ilə təşkil olunan tanıtım sərgisi hələki ölkəmizdə keçirilməyib. “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə ilk hesab edə bilərik. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsinin xarici ölkələrdə də təşkil etməyi planlaşdırılır.

Bundan sonra “Hədəf Bilik Yarışması -2017” qaliblərinin mükafatlandırılması keçiridi. Qaliblərə sertifikat, diplom və pul mükafatları verildi. Sərgidə iştirak edən Universitet nümayəndələri də mükafatlandırma mərasimində iştirak etdilər. Qaliblərə və sərgi iştirakçılarına uğurlar dilədilər.

Sərgi zamanı ali və orta ixtisas məktəblərinin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat vermiş, abituriyentlər onları maraqlandıran sualların cavabını almışlar.

Layihənin tərəfdaş qurumları – edumap. az, Hədəf Kursları MMC, senet.az, Azərbaycan Elm Assosiasiyası, kitabevim.az mağazalar şəbəkəsi olmuşdur.

Təşkilat Komitəsi

IMG_5532 IMG_5799 IMG_5158 - копия IMG_5469 IMG_4966 IMG_5297 IMG_5510 IMG_5555IMG_5759 18879869_1873939462868464_5284025833611057675_o 18839433_1873919919537085_2480481560187926446_o 18953291_1873938222868588_5941845859567454992_o IMG_5376 IMG_5503IMG_4924 - копия

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx