14 oktyabr sınaq imtahanlarının nəticələri elan edildi

14 oktyabr tarixində yeni qaydalar əsasında keçirilən ilk qəbul sınaq imtahanımızın (MQT 1) nəticələri elan olunub.

Nəticələrinizi imtahanim.com adresindən iş nömrələrinizi daxil edərək öyrənə bilərsiniz.

 Sınaq imtahanında balların hesablanma proseduru aşağıdakı kimidir:

 Məlumdur ki, bu ildən qəbul və buraxılış imtahanlarında yeni tipli tapşırıq modelləri – situasiya (mətn, mənbə) testləri istifadə olunacaq. Hər bir ixtisas blokunda 3 fənn yer alır. Hər bir fəndən sualların sayı və modeli aşağıdakı kimidir:

– 22 ənənəvi qapalı test;

– 4 ənənəvi rəqəmsal (seçim, hesablama, ardıcıllıq və s.) açıq tipli test;

– 1 ənənəvi uyğunluq testi;

– 3 situasiya (mətn, mənbə) əsasında yazıla bilən açıq tipli test tapşırıqları.

Qeyd edək ki, bu tapşırıqlardan situasiya (mətn, mənbə) əsasında olan tapşırıqların cavabları yazılan, digər tapşırıqlar isə cavab kağızına qaralana bilən tapşırıqlardır.

Yeni qəbul imtahanının sual sayı və sual modelləri bəlli olsa da, imtahan nəticələrinin hesablanma düsturu ilə bağlı təsdiqlənmiş qərar yoxdur. DİM tərəfindən yeni qaydalar əsasında yazda keçirilən ilk sınaq imtahanında hesablama 1-2 çəki əmsalı olaraq verilmişdir. Yəni, ənənəvi testlər 1, situasiya (mətn, mənbə) əsasında olan tapşırıqlar isə 2 çəki əmsalı ilə hesablanmalıdır. İxtisas bloklarındakı maksimum 100 balla qiymətləndirilən fənlərdə  bu hesablamaya görə ənənəvi sualların hər biri (ümumilikdə 27 sual)  3,(03), situasiya (mətn, mənbə) əsasında olan tapşırıqların isə hər biri (ümumilikdə 3 sual) 6,(06) balla qiymətləndirilmişdir. Maksimum 150 balla qiymətləndirilən fənlər isə 1-1,5 çəki əmsalını nəzərə alaraq ənənəvi test tapşırıqları (ümumilikdə 27 sual) 4,(54), situasiya (mətn, mənbə) əsasında olan tapşırıqlar isə (ümumilikdə 3 sual) 9,(09) balla qiymətləndirilmişdir. 2019-cu il üçün hesablama düsturunun necə olacağı ilə bağlı təsdiqlənmiş qərar hələ elan olunmayıb.

Rəsmi hesablama düsturu təsdiqlənmədiyi üçün Hədəf İmtahan Mərkəzi olaraq imtahan nəticəsini (yəni maksimum 400 bal) təyin edən hesablama düsturu müəyyən etdik. Bu hesablama qaydasında da DİM-in 1-1,5 çəki əmsalı gözlənilib. 14 oktyabr tarixində keçirilən MQT 1 sınaq imtahanının nəticələri də bu düsturla hesablanılıb.

Xüsusi olaraq qeyd edim ki, bu düstur ilə DİM-in yaz imtahanında nəticələrin hesablanması üçün istifadə etdiyi düstur arasında fərq demək olar ki, yoxdur (və ya çox azdır). Üstünlük isə bundan ibarətdir ki, valideyn və şagird daha konkret rəqəmlərlə nəticəsini hesablaya bilir.

Bu düstura görə 100 balla qiymətləndirilən fənlərdə suallara görə hesablama aşağıdakı kimidir:

22 ənənəvi qapalı testin hər biri – 3 bal

4 ənənəvi rəqəmsal (seçim, hesablama, ardıcıllıq və s.) açıq tipli testin hər biri – 3 bal

1 ənənəvi uyğunluq testi – 4 bal

3 situasiya (mətn, mənbə) əsasında yazıla bilən açıq tipli tapşırıqların hər biri – 6 bal

150 balla qiymətləndirilən  fənlərdə 1-1,5 çəki əmsalını nəzərə aldıqda həmin fənlərin hər bir sualının qiymətləndirilməsi aşağıdakı kimi olacaq:

22 ənənəvi qapalı testin hər biri – 4,5 bal

4 ənənəvi rəqəmsal (seçim, hesablama, ardıcıllıq və s.) açıq tipli testin hər biri – 4,5 bal

1 ənənəvi uyğunluq testi – 6 bal

3 situasiya (mətn, mənbə) əsasında yazıla bilən açıq tipli tapşırıqların hər biri – 9 bal

Qeyd edək ki, imtahan hesablama prosesi Hədəf İmtahan Mərkəzi tərəfindən aparılıb. Apelyasiya şikayəti vermək istəyən şəxslər 18-20 oktyabr tarixlərində Hədəf Kursları Yasamal filialına müraciət edə  və ya (055)401-43-83 nömrəsi ilə əlaqə saxlayaraq bildirə bilər.

 

Hədəf Kurslarının Elm və Tədris İşləri üzrə direktoru Elxan Nəcəfov.