15 may 2016-cı il tarixində Hədəf Kurslarına abituriyent qəbulu imtahanı keçirilmişdir

15 may 2016-cı il tarixində Hədəf Kurslarına abituriyent qəbulu imtahanı keçirilmişdir. Qəbil imtahanı Bakı şəhərində 6, regionlarda isə 8 imtahan mərkəzi olmaqla 8-9-10-cu sinif şagirdləri arasında keçirilmişdir. İmtahan bütün ixtisas qruplarını əhatə etməklə Azərbaycan və rus bölmələri üzrə baş tutmuşdur. Artıq imtahan nəticələrinin yoxlanılması prosesi gedir. 19 may tarixindən etibarən nəticələrin elan olunmasına başlanılacaq. İmtahan nəticələri sınaq imtahanlarımızdan fərqli olaraq Hədəf Kurslarının rəsmi internet səhifəsində yerləşdirlməyəcək. İmtahan verən şagirdlər nəticələri buraxılış vərəqi aldıqları filiallardan əldə edə bilərlər.
Xatırlatmaq istəyirik ki, bu il qəbul kampaniyasında ən yüksək bal toplamış 25 şagird kursumuzda pulsuz hazırlaşmaq imkanı əldə edəcək. Belə ki 8-9-10-cu siniflər üzrə Azərbaycan və rus bölməsi daxil olmaqla hər bir ixtisas qrupunun lideri ödənişsiz şəkildə Hədəf Kurslarında təhsil almaq hüququ qazanmışdır.15 may 2016-cı il tarixində Hədəf Kurslarında 11-ci siniflər üçün UQT 2 sınaq imtahanı keçirilmişdir.Yaxın günlərdə keçiriləcək imtahan növləri və tarixləri:
22 may – 5-8-ci siniflər üçün Böyük Summativ Qiymətləndirmə imtahanı.
22 may – Müəllim hazırlığı qrupları üçün 2-ci mövzu sınaq imtahanı
29 may – Dövlət qulluğu qəbul, Miqrasiya orqanlarına qəbul, Prokrorluq orqanlarına qəbul, Vergilər Nazirliyi orqanlarına qəbul sınaq imtahanları
16 iyun – Abituriyentlər üçün UQT 2 sınaq imtahanı