Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - 16 iyunda Müəllimlərin İşə Qəbul imtahanı keçiriləcəkdir

16 iyunda Müəllimlərin İşə Qəbul imtahanı keçiriləcəkdir

Məlum olduğu kimi 16 iyun tarixində Hədəf Kursları müəllimlər üçün işə qəbul imtahanı keçirəcəkdir. Artıq bununla bağlı www.hedef.edu.az  rəsmi səhifəsinin Vakansiya bölməsində həyata keçirilən CV qəbuli iyunun 10-da dayandırılmışdır. Qeyd edək ki, 2012/2013 tədris ili üçün nəzərdə tutulan müəllimlərin işə qəbul imtahanı ötən tədris illərində olduğu kimi həm Azərbaycan, həm də rus bölmələri üzrə bütün əsas və digər fənlər üzrə həyata keçirilir. Belə ki, vakansiyala üzrə CV qəbulu aşağıda göstərilən istiqamətlər üzrə və göstərilən saylarda qeydiyyatla bitmişdir:

1. Azərbaycan dili və ədəbiyyat – 190 nəfər

2. Riyaziyyat – 104 nəfər

3. Fizika – 43 nəfər

4. Kimya – 53 nəfər

5. Biologiya – 46 nəfər

6. Coğrafiya – 52 nəfər

7. Tarix – 110 nəfər

8. Xarici dil (rus, ingilis, fransız və alman) – 151 nəfər

9. İnformatika – 17 nəfər

10. Məntiq – 6 nəfər

11. Məktəbəqədər – 25 nəfər

 

Qeyd: Məktəbəqədər tədris üçün müraciət edən müəllimlərin işə qəbul imtahanı avqust ayında keçiriləcəkdir. Bu barədə xəbər öncədən saytda yayımlanacaqdır.

Belə ki, bu il qeydiyyat tarixinə qədər Hədəf Kurslarında müəllim işləmək üçün müraciət edənlərin sayı 797 nəfər olmuşdur. Xatırladaq ki, müəllimlərin işə qəbul imtahanı ilə eyni gündə (17 iyun) Hədəf Kurslarının cari müəllimləri də Attestasiya İmtahanı verəcəkdir.

Bu tədris ilində müəllimlərin işə qəbulu aşağıdakı mərhələlərdə aparılacaqdır:

I. İşə qəbul imtahanı (25 test sualı)

Azərbaycan dili, tarix, xarici dil və məntiq fənləri üçün 30 dəqiqə; riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və informatika fənləri üçün 60 dəqiqə vaxt veriləcəkdir.

II. Müsahibə

İdarə Heyəti qərarı ilə formalaşdırılan Komissiya Heyətinin I  mərhələni uğurla başa vurmuş müəllimlərlə tanışlıq məqsədi daşıyır.

III. Nümunə dərs (bir və ya iki) və müəllimin test hazırlama bacarığı

Fənn rəhbərinin iştirakı ilə qrupda dərs. Bu dərslərdə Hədəf Kurslarının digər rəhbər işçilərinin iştirakı da istisna olunmur.

Müəllimlərin işə qəbul imtahanının keçirilməsi

 

İmtahanda iştirak etmək üçün iyun ayının 17-də aşağıda göstərilən saatlar üzrə imtahan binasında olmağınız vacibdir:

1. Azərbaycan dili və ədəbiyyat – saat 09:30

2. Tarix – saat 09:30

3. Xarici dil (rus, ingilis, fransız və alman) – saat 09:30

4. Məntiq – saat 09:30

5. Riyaziyyat – saat 11:30

6. Fizika – saat 11:30

7. Kimya – saat 11:30

8. Biologiya – saat 11:30

9. Coğrafiya – saat 11:30

10. İnformatika – saat 11:30

 

İmtahanın keçiriləcəyi ünvan:

Azərbaycan Universiteti, I korpus

Yasamal r., S.Dadaşov 84, General Akim Abbasov (Keçmiş Kiev) pr., Lider TV-nin yaxınlığı

Tel: +994 12 4347689/90/91/92/93/94

 

 İmtahan nəticələri iyulun 3-də elan ediləcəkdir!

Qeyd: Hədəf Kurslarının cari müəllimləri üçün Attestasiya imtahanı 17 iyun, saat 11:00-da Xırdalan filialında keçiriləcəkdir.


Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx