2 MAY TARİXİNDƏ HƏDƏF KURSLARINA TƏQAÜD-GÜZƏŞT İMTAHANI KEÇİRİLƏCƏK!

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

2 MAY TARİXİNDƏ HƏDƏF KURSLARINA TƏQAÜD-GÜZƏŞT İMTAHANI KEÇİRİLƏCƏK!


Qəbul imtahanında iştirak edən və yüksək nəticə göstərən abituriyentlərə müxtəlif güzəştlər tətbiq ediləcək.

TƏQAÜD-GÜZƏŞT imtahanında orta məktəbdə təhsil alan (Azərbaycan və rus bölməsi olmaqla) VIII,IX,X sinif şagirdləri iştirak edə bilər. İmtahanın keçiriləcəyi məntəqələr Bakı, Sumqayıt və Xırdalan şəhərlərini əhatə edir. TƏQAÜD-GÜZƏŞT imtahanında iştirak etmək üçün Hədəf Kurslarının müvafiq filiallarına yaxınlaşaraq imtahana buraxılış vərəqini əldə edə bilərsiniz. İmtahana buraxılış vərəqinin qiyməti 5 AZN-dır.

 İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 28 apreldir. TƏQAÜD-GÜZƏŞT imtahanında iştirak edən hər bir şagird güzəşt faizi qazana bilər. Belə ki, imtahanda iştirak edən şagird növbəti tədris ilində Hədəf Kurslarında Ali məktəbə hazırlaşmaq istəyərsə, topladığı bala əsasən aşağıdakı güzəşt faizlərimizdən yararlanacaq :

 

651-700 – 100% güzəşt – 100 AZN təqaüd

601-650 – 70% güzəşt – 70 AZN təqaüd

551-600 – 50% güzəşt – 50 AZN təqaüd

451-550 – 30% güzəşt

351-450 – 25% güzəşt

201-350 – 15% güzəşt

Biliyinə inan, HƏDƏFİNİ seç, TƏQAÜD qazan!