20 Yanvar Şəhidlərinin anım günü

IMG_1031“Hədəf Kursları” MMC kollektivi 20 yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. Kursun rəhbərliyi, müəllim və şagird kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini anıb, ruhlarına dualar oxuyub,“Əbədi məşəl” kompleksi önünə əklil qoyublar. Kollektiv həmçinin Bakıda ərazi bütövlüyümüz uğrunda canlarından keçən türk əsgərlərinin xatirəsinə ucaldılan Türk şəhidliyi abidəsini də ziyarət edib.