Hədəf Kursları 2012-2013 tədris ili üçün Kursa Qəbul İmtahanı keçirdi

Aprel ayının 29-da Hədəf Kursları 2012-2013 tədris ili üçün Kursa Qəbul imtahanı keçirdi. İmtahan 4 imtahan mərkəzində – Nizami, Neftçilər, Azadlıq və Xırdalan filialları baş tutdu. Xatırladaq ki, bu kursun fəaliyyətində beşinci qəbul imtahanıdır. Səhər saat 10-da başlayan imtahana Bakı, Abşeron və Sumqayıt məktəbləri üzrə ümumilikdə 5 mindən çox şagird qatıldı.

Hədəf Kursları daha bir xarici Universitetin rəsmi təmsilçisi oldu

13 aprel  2012-ci il tarixdə Hədəf Kursları MMC Baş İdarə binasında  Baş direktor f.ü.f.d., dos. Şəmil Sadiq Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən  Lefke Avropa Universitetinin (LAU) təsisçisi və Lefke şəhər bələdiyyə başçısı Mehmet Zafer bəyin rəhbərlik etdiyi nümayəndə heyyətini qəbul etmişdir.  Xatırladaq ki, hələ mart ayında LAU-ni təmsil edən bir qrup heyyət  Hədəf Kurslarını […]

Dövlət Qulluğuna Qəbul

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!  Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşların dövlət qulluğuna qəbulunu həyata keçirtmək məqsədilə il ərzində bir və ya bir neçə dəfə (vakant yerlərin təqdim edilməsindən aslıdır) müsabiqə elan edir. Müxtəlif dövlət orqanları öz vakant yerlərini müsabiqəyə çıxartmaq üçün Komissiyaya […]