Hədəf Nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çap etdirdi

Hədəf nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çapdan buraxıb. “İNCİ” seriyası adı altında bir-birindən maraqlı, məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar kitabları, hekayələr kitabları, İQ kitabları və s. nəfis tərtibatla Hədəf Nəşrləri tərəfindən işlənib hazırlanaraq uşaqların istifadəsinə verilib. Layihə rəhbəri Hədəf Nəşrlərinin direktoru, yazıçı Müşfiq Xan, layihə müəllifi isə f.e.ü.f.d., dos. Şəmil Sadiqdir.

Texnikumlara hazırlaşanların nəzərinə

Hədəf kurslarında texnikuma hazırlaşan şagirdlərin qeydiyyatı davam edir. Noyabr ayının 1-dən etibarən bütün filiallarda dərslər başlayır. Qeyd edək ki, bu qruplar əsas təhsil bazası üzrə (9 illik, şəhadətnamə ilə) qəbul olunur. Kursa qəbul kursdaxili imtahanlarla aparılır.

5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür

Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.