Təhsil Nazirliyinin müəllim qəbul imtahanına hazırlıq kursları

  Azərbaycan təhsilində daima öz yenilikləri ilə fərqlənən Hədəf Kursları bu ilin aprel ayından yeni kursa start verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçiridiyi müəllim qəbulu imtahanına marağın çoxaldığını nəzərə alaraq gənclərimizin bu imtahana daha yaxşı hazırlaşması üçün 4 aylıq kurslar təşkil ediləcək.  Həftədə 8 saatlıq dərs proqramına bütün fənlər: ixtisas, kurikulum və məntiq dərsləri daxildir.

Tanınmış yazarın yeni detektiv romanı nəşr olundu

 “Sonuncu hədiyyə”də bir qətlin açılması 20 il əvvəlki hadisəyə də işıq salır  Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çağdaş ədəbiyyatı layihəsi çərçivəsində Müşfiq XANın “Sonuncu hədiyyə” adlı yeni detektiv romanı işıq üzü görmüşdür.  Qeyd edək ki, bu, “Tənha canavar”, “Ünvansız sevgi” və “Ümidlərin izi ilə” əsərlərindən sonra müəllifin sayca dördüncü romanıdır.

Magistraturaya qəbulun birinci mərhələsi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir. İmtahan Respublikanın 4 şəhərində – Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaq.