Buradasınız: Ana səhifə - 2015 - Aprel

Aylıq arxivlər: Aprel 2015

Azərbaycan Universiteti ilə görüş

11178253_971712386172503_5212441501444130818_n

Aprelin 27-də Azərbaycan Universiteti və  Hədəf Kursları MMC arasında  görüş keçirildi.  Görüşdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov,  f.ü.f.d., dosent, Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq çıxış etdilər. Rektor universitetin təhsil sistemi, layihələr, gələcəkdə təhsil adına görüləcək işlər haqqında məlumat verdi. Abituriyentlərin ali təhsilləri üçün Azərbaycan Universitetinə etibar edə biləcəklərini əminliklə vurğuladı. Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq isə çıxışında Azərbaycan Universitetilə ... Davamını oxu »

Qəbul imtahanı liderləri ilə görüş keçirildi !

20150423_161153

Aprelin 23-də Hədəf Kursları Baş İdarədə 12 aprel qəbul imtahanının qalibləri ilə  görüş keçirildi. F.ü.f.d., dosent, Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq qalibləri, onların valideynlərini salamladı, nailiyyətləri münasibətilə təbrik etdi. Şəmil Sadiq həmçinin Hədəf Kursları  haqqında məlumat verərək təhsil müəssisəsinin Azərbaycan təhsil sistemində özünəməxsus yerini vurğuladı. Hər bir ixtisas qrupu üzrə ilk yerin sahiblərinin mükafat olaraq Hədəf Kurslarında pulsuz təhsil ... Davamını oxu »

“Hədəf”çilər İstiqlal Muzeyində olublar

esas

Aprelin 21-i “Hədəf” Kurslarının dinləyiciləri  Azərbaycan İstiqlal Muzeyində olublar. Onlar Azərbaycan tarixinin görkəmli siyasi-hərbi xadimi general Əliağa Şıxlinskinin 150 illiyinə həsr edilmiş xatirə sərgisində iştirak ediblər. Sərgi zamanı “Hədəf” Kurslarının Layihələr və Xarici Əlaqələr  üzrə direktoru Elvin Əliyev İstiqlal Muzeyi haqqında geniş məlumat verib. “Hədəf” Kursları Nizami filialının müdir müavini Məzahim Mustafazadə Əliağa Şıxlinskinin xalqımızın tarixində gördüyü vacib işlər, onun ... Davamını oxu »

“HƏDƏF”in məzunları ilə görüş keçirilib

111

“HƏDƏF” kurslarının müxtəlif illərdəki məzunları kursun direktoru Şəmil Sadiqlə görüşüblər. İlk öncə Şəmil Sadiq gəncləri salamlayıb. O, “HƏDƏF” kursları olaraq hər bir məzunun yanında olduqlarını qeyd edib: “Uzun müddətdir ki, belə bir görüş planlaşdırırdıq. Sizi görməyə çox şadam. Bir çoxlarınız ilə mütəmadi olaraq əlaqədə oluruq. Çox istərdim ki, bu görüşlərin sayı daha çox olsun. Sizinlə görüşəndə, söhbət edəndə əvvəlki illəri ... Davamını oxu »

MOTİVASİYANIN YARADILMASINDA FƏAL TƏLİM ÜSULLARININ SPESİFİK XÜSUSİYYƏTLƏRİ

11148992_350058428526157_273831383_n

Elvin Paşayev Kurikulum proqramı müasir dövrün ən aktual problemlərindən biri hesab olunur. Çünki dərslərin keçirilməsi artıq bu proqram əsasında təyin edilir. Ölkəmizdə bir çox inkişafla, yəni planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidlə bağlı olan yeniliklər və s. əlaqədar olaraq bu proqram meydana gəlmişdir. Kurikulum proqramının özəlliklərindən biri də budur ki, dərs zamanı bütün şagirdlər diqqət mərkəzindədirlər. İstər zəif şagirdlər, istərsə də ... Davamını oxu »

San Dieqo Dövlət Universitetinin professoru Halil Güven “Hədəf” kurslarında seminar keçdi.

IMG_3954

San Dieqo Dövlət Universitetinin Gürcüstan üzrə nümayəndəsi Prof.Dr. Güven   “Hədəf” Kurslarında olub. İlk öncə “Hədəf” kurslarının direktoru Şəmil Sadiq ilə görüşən Halil Güven, daha sonra kurs ilə yaxından tanış olub. O, dəvətdən böyük məmnunluk hissi keçirdiyini bildirib: “İlk öncə məni bura dəvət etdiyiniz üçün təşəkkürlərimi bildirirəm. Kursunuzu gəzdim və çox bəyəndim. Ümid edirəm ki, burada təhsil alan hər bir şagird ... Davamını oxu »

Hörmətli abituriyentlər!

Hedefkurslari

Hörmətli abituriyentlər! 12 aprel tarixində keçirilən Hədəf Kursları qəbul imtahanı nəticələrinizi 20 aprel tarixindən etibarən filiallarımızdan əldə edə bilərsiniz. Davamını oxu »

Abituriyentlərin nəzərinə!

1421844062_sh9gurl4

Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turun cədvəli internet saytımızda yerləşdirilib. Ətraflı məlumat üçünhttp://tqdk.gov.az/news/special-exam/1228/ linkinə daxil olun. Davamını oxu »

Aprelin 7-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ADA Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Ümran İnanı qəbul edib.

images

Görüş zamanı Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub. Koç Universitetinin rektoru Ümran İnan bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Koç Universitetinin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq ... Davamını oxu »

Yuxarıya qalx