Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - 23 noyabr 2013 Sumqayıt filialında 2013 – 2014 – cü ilin növbəti valideyn iclası keçirildi

23 noyabr 2013 Sumqayıt filialında 2013 – 2014 – cü ilin növbəti valideyn iclası keçirildi

23 noyabr 2013 – cü il tarixində Hədəf Kurslarının Sumqayıt filialında 2013 – 2014 – cü ilin növbəti valideyn iclası keçirildi. İclası giriş sözü ilə Sumqayıt filialının direktoru Famil İsayev açdı. İclasda 60 – dan artıq valideyn iştirak edirdi. Famil İsayev valideynləri salamladı, MQT-2 imtahanı haqında ümümi məlumat verdi. Filial daxilində dərslərin keyfiyyətinn daha da yaxşılaşdırılması üçün verilmiş əmr və qəraralarla bağlı valideynləri məlumatlandırdı. Daha sonra isə natiq valideyn iclasının önəmindən mövzu başlıqları ilə danışdı. Abituriyentin uğurunda valideynlərin rolu ilə bağlı məlumat verdi. Uğurların çox olması üçün tədris, təlim və tərbiyyənin qırılmaz əlaqədə olması, güclü nizam – intizamın və dərs davamiyyətinin, eləcə də Kurs – Valideyn – Şagird üçbücağının möhkəm olmasının vacibliyindən danışdı.  Famil İsayev Hədəf Kurslarının Sumqayıt filialı şagirdlərinin MQT -1 imtahanında topladıqları ballarla MQT – 2 – dəki balların müqayisəli təhlilini də valideynlərin diqqətinə çatdırdı. Həmçinin MQT – 1 imtahanında 646 bal toplamış, IV ixtisas qrupunda ümumi Hədəf Kurslarının lideri Günay Zamanlının valideyni Atif Zamanovu təbrik etdi. Nizam – intizami, dərsə davamiyyəti, dərs hazırlığı yüksək səviyyədə olan nümünəvi şagirdlər Aysel Misirxanlı, Alina Bədəlova, Sevinc Şahruqova, Rəşid Abbasov, Rəşad Cəfərov, Gülnarə Allahverdiyeva kimi şagirdlərin valideynlərinə təşəkkür edildi. Daha sonra isə Hədəf Kurslarının Sumqayıt filialının tarix müəllimi Şakir Hüseynov öz növbəsində valideynləri salamladı. Ümumi oolaraq şagirdlərin dərsə davamiyyəti, əlavə dərslərə marağın artırılması ilə bağlı məlumat verdi. Söhbəti daha sonra isə ixtisas qruplarına uyğun olaraq 9 – 10 və 11 – ci siniflərin Azərbaycan və Rus bölmələrinin müəllimləri şagirdlərin MQT – 2 imtahanında topladıqları balları analiz etməklə davam etdirdilər. Təxminən 3,5 saat davam edən iclasın sonunda valideynlər Hədəf Kurslarının rəhbərliyinə təşəkkür etdilər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx