27 may 2018-ci ildə Hədəf Kurslarına şagird qəbul imtahanı keçirildi

Qəbul imtahanı 8-9-10-cu siniflər olmaqla Azərbaycan və rus bölmələri üzrə aparıldı. İmtahan Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərini əhatə edirdi. Bu ilki qəbul imtahanında iştirakçıların sayı əvvəlki illərdən daha çox olması ilə diqqəti cəlb etdi. İmtahan prosesi 5 müxtəlif universitet binası, 2 orta məktəb və Hədəf Kurslarının 6 filial binasında baş tutdu.

İmtahanın nəticələri ən geci 30 may tarixindən etibarən Hədəf Kurslarının rəsmi elektron saytında bildiriləcəkdir. Həmin tarixdən etibarən qəbul imtahanda nəticə göstərmiş hər bir şagirdlə əlaqə saxlanılacaq və növbəti tədris ilində Hədəf Kurslarında hazırlaşmaqları məqsədilə güzəşt faizlərindən yararlanmaq üçün dəvət ediləcəklər.

Builki qəbul imtahanımız əvvəlki imtahanlardan bir çox yenilikləri ilə fərqlənir. Əvvəllər güzəştlər daha çox yer tutan şagirdlərə aid edilirdisə, bu il artıq hər bir şagird topladığı bala görə ödəniş güzəşti əldə edə biləcək.

Toplanılan ballara görə güzəşt faizlərimiz:


  • 651 – 700 – 100%
  • 601 – 650 – 70%
  • 551 – 600 – 50%
  • 451 – 550 – 30%
  • 351 – 450 – 25%
  • 201 – 350 – 15%