27 may Hədəf Kurslarına şagird qəbul imtahanı keçiriləcək

27 may 2018-ci ildə Hədəf Kurslarına şagird qəbul imtahanı keçiriləcək. Qəbul imtahanı 8-9-10-cu siniflər olmaqla Azərbaycan və rus bölmələri üzrə aparılacaq. İmtahana qeydiyyat aprel ayının 15-dən etibarən başlanacaqdır. Imtahanda iştirak etmək istəyən şagird yaşadığı əraziyə yaxın olan istənilən filialımıza yaxınlaşıb imtahana buraxılış vərəqi ala bilər.

İmtahanda iştirak et və topladığın bala görə güzəştlərdən yararlan!

Builki qəbul imtahanımız əvvəlki imtahanlardan bir çox yenilikləri ilə fərqlənir. Əvvəllər güzəştlər daha çox yer tutan şagirdlərə aid edilirdisə, bu il artıq hər bir şagird topladığı bala görə ödəniş güzəşti əldə edə biləcək.

Toplanılan ballara görə güzəşt faizlərimiz:

  • 651 – 700 – 100%

  • 601 – 650 – 70%

  • 551 – 600 – 50%

  • 451 – 550 – 30%

  • 351 – 450 – 25%

  • 201 – 350 – 15%

Qəbul sınaq imtahanının sualları yeni dərsliklər və yeni meyarlar əsasında hazırlanacaq. İmtahana buraxılış vərəqi alarkən hər bir şagird gələcəkdə hazırlaşacağı ixtisas qrupunu seçə bilər.

Qəbul sınaq imtahanı üçün qeydiyyatdan keçən hər bir şagirdə Hədəf Kurslarının hər hansı sınaq imtahanı kitabçası və müxtəlif hədiyyələr veriləcəkdir.

Teqlər