29 Aprel Hədəf Liseyinə Güzəşt İmtahanı günüdür!

Hədəf Qəbul qaydaları

Hədəf Liseyi hər ilin aprel ayında növbəti tədris ilində liseydə təhsil almaq istəyən şagirdlər arasında Güzəşt imtahanı keçirir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. Güzəşt imthanı üçün 5,6,7,8,9-cu siniflərdə təhsil almaq istəyən şagirdlər qeydiyyatdan keçə bilirlər.

Məktəbəqədər və birinci siniflər üzrə qəbul prosesi qəbul komissiyasının keçirdiyi şifahi müsabiqə yolu ilə aparılır.
5-9-cu siniflər üçün keçirilən güzəşt imtahanının sualları hər sinfin proqramına uyğun olaraq oxuyub-anlama (10 sual), riyaziyyat (20 sual), dünyagörüşü (5) və məntiq (5) mövzularından seçilir.
Hər sinif üzrə birinci yeri qazanan şagirdlər təhsil haqqından 50%, ikinci yeri qazanan şagirdlər 30%, üçüncü yeri qazanan şagirdlər 20% güzəşt əldə edirlər. Ümumilikdə 18 nəfər xüsusi güzəşt əldə edir və hər güzəşt təhsil pilləsinin sonuna qədər qüvvədə qalır.
Bundan əlavə, şagirdlərimiz tədris ili ərzində ölkəmizdə və dünyada keçirilən olimpiadalarda, mühəndislik və layihə yarışlarında əldə etdikləri uğurlara görə müəyyən təqaüdlərlə mükafatlandırılacaqlar.

Qeyd: Rus bölməsi sadəcə məktəbəqədər hazırlıq, birinci və beşinci siniflərdə olacaqdır.

Hədəf Liseyi Güzəşt imtahanın şərtlərinə, əsasən,

I yer 35 baldan yuxarı;

II yer 30 baldan yuxarı;

III yer 25 baldan yuxarı toplamalıdır.

Səhv düzü aparmır.

Qeyd: Bütün suallar doğru cavablandırıldığı halda şagird maksimum 40 bal toplaya bilər.

Qeydiyyat Hədəf Liseyində və Hədəf Kurslarının bütün filiallarında aparılır.