Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - 5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür

5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür

Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Müəllimlər günü hələ SSRİ-də qeyd olunub. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Hədəf kurslarının müəllimləri sayəsində minlərlə şagird tələbə adını qazanmış və bugün müxtəlif peşə sahibləri olmuşlar. Kursumuzun bütün müəllim kollektivini bu şərəfli gün münasibəti ilə təbrik edir, onlara yaradıcılıq uğurları arzu edirik.

 

Hədəf Xəbərdən Sevinc Süleyman

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx