7 saylı Əqli və fiziki qüsurlu uşaqların internat evinə ziyarət

Bayram salamlaşmaqdır, paylaşmaqdır. Kədər paylaşdıqca azalar, sevinc paylaşdıqca çoxalar deyiblər.  Qayğıya ehtiyacı olan insanları bayramda yada salmaq, onları sevindirmək insanlığa yaraşacaq ən gözəl addımdır. Bu ilki Novruz bayramı ərəfəsində Hədəf Kursları Xırdalan filialı olaraq Saray qəsəbəsində yerləşən 7 saylı Əqli və fiziki qüsurlu uşaqların internat evini ziyarət etdik. Ziyarətin əsas təşəbbüskarı şagirdimiz Məmmədov Nicat idi. Onun bu çağırışına müəllimlərimiz və şagirdlərimiz çox yaxından dəstək oldu.  Ziyarət zamanı nə qədər ürək ağrıdan mənzərələrin şahidi olsaq da, oradakı qayğıya möhtac olan uşaqların üzündə yaranan təbəssüm hər şeyi unutdura bildi. Hədəf kursları olaraq, oradakı uşaqlara Allahdan can sağlığı arzulayırıq. Həmin uşaqların qayğısına qalan müəllimlərə və həkimlərə isə an xoş arzularımızı çatdırırıq.