9 filial ilə xidmətinizdə

Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Kursları 12 may 2008-ci ildə rəsmi olaraq dövlət qeydiyyatından keçib, elə həmin günlərdə fəaliyyətə başlayıb. Bu kursun yaradılmasında əsas məqsəd şagirdlərə ali məktəbə gedən yolda hədəfi müəyyənləşdirmək üçün səmərəli bilik vermək, ağıllı seçim etməyi müasir yollarla öyrətməkdi. Təsisçiləri – tanınmış pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və Vüqar Tarquliyevdir.

Bu il 10 yaşını qeyd edən Hədəf Kursları artıq 9 filial ilə (Nizami, Xırdalan, Neftçilər, Azadlıq, Sumqayıt, Əhmədli, 20 Yanvar, 28 may və İnşaatçılar) ümumtəhsil proqramına uyğun olaraq şagird və abituriyentlərə xidmət göstərir. Kursun müxtəlif nəşrləri bir çox yerli və beynəlxalq kitab sərgilərində iştirak edib: ”Azərbaycan dili” dərs vəsaiti 2010-ci ildə, “Ədəbiyyat” dərs vəsaiti 2011-ci ildə “İlin Kitabı”, “Biologiya” dərs vəsaiti isə 2015-ci ildəTürkmənistan Respublikasında keçirilən müsabiqədə “İlin Dərs Vəsaiti” nominasiyasına layiq görülüb. “Abituriyent hazırlığı”, “Dövlət qulluğuna hazırlıq”, “Magistr hazırlığı”, “Məktəbəqədər hazırlıq” və “Müəllim hazırlığı” xidmətləri göstərən kursun şüarı belədir: “Hədəfimiz əxlaqi dəyərlərə söykənərək xalqımızı müasir tələblərlə ayaqlaşdırmaqdır!”.