Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - “Abituriyent” jurnalının 2-ci sayı çapa hazırlanır

“Abituriyent” jurnalının 2-ci sayı çapa hazırlanır

“Abituriyent” jurnalının 2-ci sayı çapa hazırlanır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaxın günlərdə “Abituriyent” jurnalının 2-ci sayı ictimaiyyətə təqdim olunacaq.
Jurnalda aşağıdakı materiallar təqdim olunur:

2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı;


• Elektron ərizə verən abituriyent üçün təlimat;

• “Elektron ərizə”nin doldurulma qaydası və nümunəsi;

• Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);

• Ümumi orta təhsil (9 illik) üzrə buraxılış imtahanı proqramları;

• Tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı proqramları;

• Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;

• Abituriyentlər üçün elmi-metodiki məqalələr;

• 2014-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları.
Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~XmFeW

 

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx