Abituriyentlərin imtahana psixoloji hazırlığı

         Bakı Ali Neft Məktəbi, Lefke Avrupa Universiteti, “Hədəf Kursları” MMC, Psixologiya və Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 1, 2, 3 iyul 2013-cü il tarixlərində BANM-nin əsas tədris korpusunda “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə çərçivəsində seminarlar təşkil olunacaq.

         Seminarların keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir.

         Seminar-treninqlər zamanı abituriyentlərdə özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində zamanın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində doğru qərar vermələri və s. kimi mövzular ətrafında seminarlar keçiriləcək. Proqram abituriyentin özünü daha yaxşı tanımasını və bilik potensialını kəşf edərək, öz mükəmməlliyinə çatmasına  tohvəsini verəcəkdir.

         Treninqlərdə Respublikamızın tanınmış psixoloqları ilə yanaşı, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının nüfuzlu ali məktəblərindən olan Lefke Avropa Universitetindən dəvət olunmuş 2 professor da seminar verəcək. Treninq-seminarda abituriyentlərlə yanaşı onların valideynləri də iştirak edə bilərlər.

         Beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərik ki, imtahan öncəsi bu tip seminarlarda dinləyici olaraq iştirak edən abituriyentlər qəbul imtahanlarında daha yaxşı nəticə göstərirlər.

         Əziz abituriyentlər, imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığınızın aradan qalxmasina biz kömək edəcəyik.

         Psixoloji  seminarlarda dinləyəci kimi iştirak etmək istəyən abituriyentlər əvvəlcədən http://hedef.edu.az/psixoloji-seminar elektron ünvan vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər. Seminarlarda iştirak ödənişsizdir.

         Seminarın ən aktiv iştirakçısı 4 il müddətində Kipr Lefke Avrupa Universitetində ödənişsiz ali təhsil almaq hüququ qazanacaq.

         Xatırladaq ki, layihənin baş tutmasında- www.azpress.az, publika.az,  İSQ jurnalı, kitabevim.az  və “Həmrəy” gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyi  köməklik göstərirlər.

 Əlaqə telefonları: +994 12 563 30 92., +994 55 263 72 27.