“Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi

3 May 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana” layihəsinin elektron xidmətlərinin təqdimatı keçirildi. 2016-cı ildən kitabsevərlərin ixtiyarına verilən yeni guşə Milli Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsində olan bağçasında fəaliyyət göstərir.Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov “Açıq kitabxana”nın saytı (http://anl.az/AK/index.html) haqqında məlumat verərək, kitabxananın elektron xidmətlərindən danışdı. Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kitaba marağın artırılması istiqamətində layihənin əhəmiyyətini vurğuladı. Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbirin kitab təbliği istiqamətində mühüm addım olduğunu deyərək, bu məkanın artıq gənclərlə kitab müəlliflərinin, gənc yazarlarla oxucuların görüş yerinə çevrildiyini bildirdi.

Tədbirdə müəlliflərlə “imzalı görüşlər” də keçirildi. Bakı Şopinq Festivalı (Baku Shopping Festival) çərçivəsində kitab satışı da təşkil edildi. “Hədəf Nəşrləri” də öz müəllifləri ilə tədbirə qatıldı. Belə ki, yazıçı, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi, Sevinc Elsəvər, Kənan Hacı, Pərvin, Fərid Hüseyn və başqa ədiblər oxucularla görüşdü. Tədbirdə “Hədəf Nəşrləri”nə məxsus kitabların satışı 30% endirimlə həyata keçirildi.

IMG_8854 — копия

IMG_8938 — копия IMG_8922 — копия IMG_8838 — копия IMG_8962 — копия IMG_9060 — копия