Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə deyib ki, III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. 
O, ali məktəblərə sənəd qəbulunun vaxtını da açıqlayıb. Sənəd qəbulu bu il aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Rus bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən ilk imtahanı mayın 13-də, ikinci imtahanı isə iyunun 24-də verəcəklər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx