Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və 11 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən rus bölməsi abituriyentlərinin nəzərinə!

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə və 11 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək istəyən rus bölməsi abituriyentlərinin nəzərinə!

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu may ayının 5-dən 18-dək aparılacaq.

Qəbul qaydalarına əsasən həmin abituriyentlər həmçinin “Azərbaycan dili” fənnindən də imtahan verməlidirlər (ilk imtahan aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcəkdir).

Qeyd olunan kateqoriyadan olan rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak etmək üçün aprel ayının 15-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (https://eservices.tqdk.gov.az/erizebak/azdili/?frm=egov) daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün tələb olunan iş nömrəsi və şifri internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərməklə əldə etmək olar.

Nəzərinizə çatdırırıq ki, rus bölməsinin abituriyentləri həmin iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun digər mərhələlərində də istifadə edə biləcəklər.

Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~oyPPA
Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx