Azərbayanda ilk dəfə olaraq, “U geni”ndə elmi detektiv janrına müraciət edilib

ugeni-xanyenroman

Detektiv yazar Müşfiq Xanın yeni kitabı nəşr olundu

Detektiv yazar Müşfiq Xanın yeni  kitabı oxuculara təqdim olunub.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə,  “U Geni” adlı kitabda Müşfiq Xanın 3 yeni əsəri toplanıb: “U Geni”, “Yolka işığında qətl”, “Yataqdakı qatil”.

Kitabın redaktorları tanınmış yazarlar Pərviz Cəbrayıl və Rüfət Əhmədzadə, korrektorları Zülfiyyə Sadıqova, Elçin Əfəndi, dizayneri Teymur Fərzidir.

Yazarlıqdan əlavə, biologiya elmləri üzrə fəlsəfə doktoru olan müəllif, kitaba daxil olan “U Geni” əsərində elmi detektiv janrına müraciət edib.

Bu janrdan istifadə xarici ədəbiyyatda sıx müşahidə olunsa da, Azərbaycan ədəbiyyatında ilk hadisə sayıla bilər.

Müşfiq Xan öz kitabı haqqında danışarkən belə deyib: “İnsan məntiqinin gücündən qaynaqlanan xəfiyyə ədəbiyyatının oxucularına arxayınlıqla “U geni” adlı növbəti əsərimi təqdim edirəm. Bu əsərdə hadisələr məşhur azərbaycanlı alim və onun tapıntısı olan “U Geni” ətrafında cərəyan edir”.  Digər əsərlərin də oxucularda maraq doğuracağına ümid edirəm. Kitabda yeni xəfiyyə obrazı – Jöl Ismert, “Sonuncu hədiyyə” romanından tanıdığınız Sato ləqəbli Saday Oğuz, “Tənha canavar”, “Ümidlərin izi ilə” romanlarından yaxşı bələd olduğunuz məxfi şöbənin mayoru Mikayıl Qüdrətovla sizi müəmmalı cinayət sirrlərinin açılması gözləyir”.

Müşfiq Xan qeyd edibki, hazırda özünün növbəti detektiv romanını – “Qatil üçün nekroloq” kitabını çapa hazırlayır.