“Azərbaycan dilini öyrənirik” – xarici ölkə vətəndaşları üçün xüsusi dərs paketi

Hədəf Kursları yenə yeni bir layihə ilə Azərbacyan xalqına xidmətini gerçəkləşdirdi. Bir müddət öncə Hədəf Kursları MMC-nin həmtəsisçisi və baş direktoru f.e.f.d.dos. Şəmil Sadiqin Azərbaycan dilini öyərnmək istəyənlər üçün “Azərbaycan dilini öyrənirəm” adlı kitabı Hədəf Nəşrləri tərəfindən çap edilmişdir. Qeyd edək ki, Azərbaycan dilini öyrənirəm dərsliyi Ukrayna Azərbaycanlıları Konqresinin və Hədəf nəşrlərinin sponsorluğu ilə çap edilmiş, xaricdə yaşayan azərbaycanlılar pulsuz paylanılmışdır. Bu layihənin davamı olaraq Hədəf Kursları dekabr ayından yeni kurslar təşkil etməyi planlaşdırır. Layihənin məqsədi Azərbaycanda yaşayan və işləyən xarici vətəndaşlara dilimizi öyrətmək, onları Azərbaycan dilinin incəlikıəri ilə tanış etməkdir. Kursun rəhbəri f.ü.f.d.dos. Şəmil Sadiqin sözlərinə görə bu onun çoxdankı arzusu idi. Üç ildir ki, bu layihənin həyata keçməsi üçün dərs vəsaitini hazırlamış, hətta bir çox xarici vətəndaşa kitabın sınaqdan çıxarılması üçün nəşr olunmamışdan öncə dərslər keçmiş müəllif bunu Azərbaycançılıq ideyalarına xidmət edən vəzifə borcu hesab edir. Dərs vəsaitinin artıq xaricdə yaşayan Azərbaycanlı uşaqlar üçün əyani vəsaitə çevrildiyini vurğulayan Şamil Sadiq ölkəmizdə yaşayan, işləyən, oxuyan xairci vətəndaşlara dilimizi öyrətməyin vaxtı gəlib çatdığını qeyd etmişdir.

Azərbaycanda ilk dəfə çağdaş tələblərə cavab verən dərsliyin ingilis, rus və ukrayn dillərində olması istənilən şəxsin ingilis və rus dilinin bazası əsasında Azərbaycan dilini öyrənməsinə imkan yaradır.

Dərslər ilk olaraq, Hədəf Kurslarının Nizami  və Azadlıq filiallarında keçiriləcək. Azərbaycan dilinin ilkin ünsiyyət normalarına cavab verəcək səviyyədə öyrənilməsi üçün üçün 3 aylıq kurslar üçün 48 saatlıq proqram hazırlanmışdır. Bundan əlavə dərslərdə aidio və video yazılardan da xüsusi istifadə ediləcəyi planlaşdırılıb.

Teqlər