Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - “Azərbaycan dilini və Azərbaycanı öyrənək” mövzusunda elmi-praktik konfrans

“Azərbaycan dilini və Azərbaycanı öyrənək” mövzusunda elmi-praktik konfrans

26 sentyabr 2012-ci ildə Kiyev şəhərindəki Kazatski Mehmanxasının  konfrans zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamına həsr edilmiş “Azərbaycan dilini və Azərbaycanı öyrənək” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

  Qeyd edək ki, konfrans öz işinə Ukrayna Azərbaycanlıları Konqresininin üzvlərinin və Azərbaycanın Ukryanadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin rəhbərliyi ilə səfirliyin işçilərinin Kiyevdəki Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev adına  parkdakı abidəsi önünə əklik qoymaqla başlamışdır.

Konfransda Ukrayna Azərbaycanlılar Konqresi, Demokratiyanın Nəbzi Beynəlxal İctimai təşkilatı və Azərbaycandakı Hədəf Nəşrlərinin layihəsi olan f.e.f.d.,dos. Şəmil Sadiqin müəllifi olduğu “Azərbaycan dilini öyrənirəm” adlı dörd dildə (Azərbaycan, Ukrayna, İngilis və Rus dillərində) yazılmış dərs vəsaitinin təqdimatı keçirilmişdir. Qeyd edək ki, Redaktoru f.e.d. akademik T.Hacıyev, Məsləhətçisi Azərbaycanın Ukryanadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli olan bu kitabın layihə rəhbəri Ukrayna Azərbaycanlıları Konqresinin Sədri Hikmət Cavadov olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Dərs vəsaiti kimi qrif almış dərslik Xaricdə yaşayan azərbaycanlılara, həmçinin Azərbaycan dilini öyrənmək istəyən azərbaycanlılar unvanlanmışdı.

Konfransı giriş sözü ilə  açan Azərbaycanın Ukryanadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli məruzəsində Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Azərbaycan dilinə verdiyi önəmi vurğulamışdır.

Diplomatik nümayəndəliyin rəhbəri Azərbaycan dili vəsaitinin nəşrinə dair pilot layihəni əlamətdar hadisə kimi qiymətləndirmişdir. O vurğulamışdır ki, Azərbaycan təhsil nazirinin müavini Qulu Novruzov səfirliklərimizə və diasporlarımıza müraciət edərək akkreditə olunduqları və yaşadıqları dövlətlərin dillərində bu cür vəsaitlərin nəşr olunması təklifini irəli sürmüşdür.

O, vəsaitin nəşrində görə H.Cavadova və Hədəf Nəşrlərinin direktoru Müşfiq XANa təşəkkürünü bildirmiş, Hikmət Cavadovun UAK-a qısa müddət sədrlik etməsinə baxmayaraq, onun fəaliyyətinə yüksək qiymət vermiş, işində uğurlar arzulamışdır.

Konfransın katibi “Kiyev-Mogilyov Akademiyası” Milli Universitetinin professoru Fərhad Turanlı turkoloq f.e.d.professor Fərhad Turanlı məruzə ilə çıxış etmişdir.

Dərsliyin müəllifi f.e.f.d.,dos. Şəmil Sadiq də konfransda  “Azərbaycan dili və qloballaşma” mövzusunda çıxış etmiş, dərs vəsatinin mahiyyəti haqqında təqdimat etmişdir. Şəmil Sadiq çıxışında onu xüsusi vurğulamışdır ki, kitab təkcə xaricdə yaşayan azərbaycanlılar üçün yox, Azərbaycan dilini öyrənmək istəyən xarici vətəndaşlara ünvanlanmışdır. Müəllif Azərbaycan dilinin Qafqazın dili olmasının artıq vaxtı gəldiyini söyləmişdir.

“Azərbaycan dilini öyrənirəm” dərs vəsaitinin layihə rəhbəri, Ukrayna Azərbaycanlıları Konqresinin Sədri Hikmət Cavadov öz çıxışında

layihənin gerçəkləşməsində iştirak edənlərin hamısına təşəkkürünü bildirərək demişdir ki, onun gənc və eyni zamanda müdrik komandası diasporun birləşməsinə, ana dilimizin, qədim tariximizin və zəngin mədəniyyətimizin təbliğinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin Ukrayna ictimaiyyətinə çatdırılmasına dair xeyli layihələri vardır.

          Konfransda iştirak edən Hədəf nəşrlərinin direktoru Müşfiq XAN dərsliyin hazırlanması prosesindən danışmış, bu kitabı Nəşriyyatın ən böyük və uğurlu layihəsi kimi qiymətləndirmişdir.

Müşviq Xan onu da bildirmişdir ki, rəhbərlik etdiyi kollektiv vəsaitin dizaynı və çapı üzərində həvəslə işləmiş və nəşrin poliqrafik cəhətdən nəfis və Azərbaycan dilinin öyrənilməsi üçün rahat olmasına çalışmışdır.

Ukraynada yaşayan tanınmış Azərbacanlılar  – Ukraynanın Xalq Artisti Qurban Abbasov, Kiyevin Peçyorsk Rayon Şurasının deputatı Vilayət Quliyev, İş adamı, UAK-ın keçmiş sədri İlqar Abbasov,  “Vətən” (Krım) Xeyriyyə Fondunun rəhbəri, yazıçı Mehman Məmmədov və başqaları bildirmişlər ki, Azərbaycan dilinin tədrisi vəsaitinin işıq üzü görməsi diasporun həyatında tarixi hadisədir, onlar bu vəsaiti uşaqlarına və nəvələrinə məmnuniyyətlə hədiyyə edəcəklər.

Tanınmış şərqşünas, Ukrayna səfiri Yuri Koçubey, hüquq sahəsində akademik Pyotr Vorobyov, professor Yevgeniya Çernışova, Ukraynanın tanınmış hüquq müdafiəçisi Eduard Bağırov və başqaları dərs vəsaitini iki ölkə arasındakı əlaqələrin inkişafına yaxşı təsir edəcək bir iş kimi qiymətləndirmişlər.

Sonda f.e.ü.f.d., dos. Şəmil Sadiq, Hədəf Nəşrlərinin direktoru Müşfiq XAN UAK tərəfindən fəxri fərmanla təltif edilmişlər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx