Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Azərbaycan Universiteti ilə görüş

Azərbaycan Universiteti ilə görüş

Aprelin 27-də Azərbaycan Universiteti və  Hədəf Kursları MMC arasında  görüş keçirildi.  Görüşdə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov,  f.ü.f.d., dosent, Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq çıxış etdilər. Rektor universitetin təhsil sistemi, layihələr, gələcəkdə təhsil adına görüləcək işlər haqqında məlumat verdi. Abituriyentlərin ali təhsilləri üçün Azərbaycan Universitetinə etibar edə biləcəklərini əminliklə vurğuladı. Hədəf Kurslarının Baş direktoru Şəmil Sadiq isə çıxışında Azərbaycan Universitetilə əməkdaşlığa böyük önəm verdiklərini vurğuladı. Azərbaycan Universitetində təhsil alan məzunlarımızı xatırladı. Sonda Qabil Əliyev çıxış edərək Azərbaycan universitetinin fakultələri haqqında məlumat verdi. Ayaqüstü çay fasiləsindən sonra abituriyentlər üçün psixoloji seminar keçirildi.

10430373_971712496172492_8622583540361643110_n10353002_971709589506116_8041830906888860910_n11178253_971712386172503_5212441501444130818_n 11188276_971712979505777_9041015967439680017_n

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx