“Azərbaycan Universitetlərinin tanıtımı” adlı layihə həyata keçiriləcək – A24.AZ

A24.az saytı “Azərbaycan Universitetlərinin tanıtımı” adlı layihədən yazır..


03 iyun 2017-ci il tarixdə Hədəf Kursları Azadlıq filialının sərgi zalında Hədəf Globalın təşkilatçılığı ilə Azərbaycan Univeristetlərinin sərgisi təşkil olunacaq.

  A24.Az-ın verdiyi xəbərə görə, bu haqda Hədəf kurslarının rəsmi səhifəsində məlumat verib. Məlumata görə layihəni keçirməkdə məqsəd Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət və özəl Universitetləri və orta ixtisas məktəblərini abituriyentərə tanıtmaqdır.

Səhifədə verilən məlumata görə, hər tədris ilinin sonunda abituriyentlər Univeristet və ixtisas seçimində müəyyən çətinliklər çəkir. Buna səbəb abituriyentlərin AR ərazisində fəaliyyət göstərən ali məktəblər, xüsusən də həmin ali məktəbdlərdə yeni yaradılan ixtisaslar haqqında yetərli məlumata sahib olmamamlarıdır. Layihəni həyata keçirməkdə əsas məqsədimiz abituriyentlərlə Universitet və Orta ixtisas məktəbləri nümayəndələrinin görüşünü təşkil etməkdir. Həmin görüş zamanı ali və orta ixtisas məktəblərinin təmsilçiləri öz qurumları haqqında abituriyentlərə ətraflı məlumat verəcək, abituriyentlər onları maraqlandıran sualların cavabını ala biləcək.
İştirakçı təhsil müəssisələri və ziyarətçilər sərgidən ödənişsiz şəkildə yararlana biləcəklər.
Bir neçə beynəlxalq təhsil sərgisini nəzərə almasaq, bütün Azərbaycan Universitetlərinin iştirakı ilə təşkil olunan tanıtım sərgisi hələki ölkəmizdə keçirilməyib. “Azərbaycan Universitetləri tanıtımı” layihəsini bu istiqamətdə ilk hesab edə bilərik. Xaricdə yaşayan azərbaycanlıların və əcnəbi tələbələrin də ölkəmizdə təhsil ala bilmələri üçün gələcək illərdə “Azərbaycan Universitetləri tanıtımı” layihəsini xarici ölkələrdə də təşkil etmək planlaşdırılır.
Layihədə iştirak etmək istəyən təhsil müəssisələri 25 may 2017-ci il tarixinə qədər öz iştiraklarını təsdiq etməlidirlər.

İstinad : https://goo.gl/BL58ZF
Tarix : 18.05.2017