Buradasınız: Ana səhifə - İZAHLAR - Azərbaycan dili və ədəbiyyat dərslərinin qiymətləndirilməsinin inteqrativ modelləri

Azərbaycan dili və ədəbiyyat dərslərinin qiymətləndirilməsinin inteqrativ modelləri

   Ümumiyyətlə, bütün yaradılmışlar həmişə dəyişməyə can atır. Təbiət də dəyişkən və rəngarəngdir. Həmçinin insan övladı da. Bu baxımdan inkişafda olan şagirdlərimiz də dəyişkənliyə, fərqliliyə daima ehtiyac duyur və maraq göstərirlər. Bunun üçün də elmi, biliyi şagirdə elə təqdim etmək lazımdır ki, şagird verilən informasiyadan bezməsin, iyrənməsin. Həmişə oxumağa maraqlı olsun. Elə bu səbəbdən bütün cəmiyyətdə olduğu kimi, təhsildə də reformlara ehtiyac var və dövlətimiz, o cümlədən, Təhsil nazirliyimiz bu reformlara heç vaxt laqeyd olmur. Fənlərin tədrisində fənlərarası əlaqənin inkişafına daha çox yer verilməsinə xüsusi diqqət yetirilir. Kurikulum lahiyəsinin məzmun standartlarında da, qiymətləndirmə standartlarında da fənlərarası inteqrasiyaya xeyli bəndlər ayrılmışdır.
Azərbaycan dili və ədəbiyyat fənlərinin bugünkü tədrisinin məktəbdaxili qiymətləndirilməsi də müəllimlərimizi interaktiv metodlardan istifadəyə məcbur edir. İlk öncə qiymətləndirmədə inteqrasiyanın mümkünsüzlüyü fikri bizi narahat edə bilər. Lakin 5-11-ci sinif şagirdləri üçün Azərbaycan dili və ədəbiyyat fənlərinə aid aşağıdakı nümunələrə diqqət yetirsək, fikrimizin əsaslı olduğunun şahidi olacaqsınız.

1. Misallardan birində rəqəmlərin cəmi ilə toplananlardakı incə saitlərin cəmi bərabərdir.
A) 1,5 + 0,5 =
B) 4+4=
C) 1 + 1=
D) 5+5=
E) 2,5 + 1,5=
(Hədəf kursları. MQT 6. III qrup. Sual 24)

Bu suala ilk dəfə baxan şəxsə sualın şərti çətin görünə bilər. Amma oxuyucu sözlər və söz birləşmələri arasındakı məna əlaqəsini qura bilərsə, testin həllində çətinlik çəkməz. Bu test səviyyəsinə görə orta çətin kimi qəbul eilə bilər. Göründüyü kimi, diliçiliyin fonetika bölməsinə aid olan sual riyaziyyat fənninin çox primitiv bir misalı üzərində qurulub. Sadəcə, şagirdlər incə saitlərin soruşulduğunu bilmək üçün “toplanan” və “cəm” ifadəsinin mənasını bilməlidir. Ilik öncə şagird misalları həll etməlidir. Cavablar ardıcıllıqla düzülsə, bu cür olar: 2, 8, 2, 10, 4
A variantında töplananlardakı incə saitlərin sayı 3 dənədir (Bir tam onda beş + sıfır tam onda beş). Cəm isə ikidir. Deməli, toplananlardakı incə saitlərin sayı ilə cəm eyni deyil. Bunun üçün də cavab kimi seçilə bilməz.
B variantında isə toplananlardakı saitlərin cəmi iki olduğu halda (dörd+dörd), cəm səkkizdir. Bu da cavab deyil, çünki saitlərin sayı ilə cəm eyni deyil.
D variantında yenə toplananlarda cəmi iki incə sait var, amma cavab ondur. Bizə isə lazımdır ki, toplananlardakı incə saitlərin sayı ilə, cəm eyni olsun. Bu da cavb deyil.
E variantı toplananlardakı incə saitlərin sayı (iki tam onda beş + bir tam onda beş) beşdir, cəm isə dörddür. Bu da cavab deyil.
C variantı isə düzgün cavabdır. Həm töplananlarda iki sait var (bir+bir), həm cavab ikidir, həm də cəmdə iki sait var (iki). Testin cavabının tapılması böyük bir zəhmət tələb etsə də, sonu daha şirin olur. Testin cavabını tapan şagirdin özünə güvəni artır, sabaha doğru daha böyük ümidlə gedir. Əgər hər hansı bir şagird bu testi həll edə bilmirsə, dostlarından, müəllimlərindən kömək istəyər, nə isə öyrənməyə həvəsli olar.

2. Məntiqi ardıcıllığı davam etdirin:

1. S.Vurğun “Vaqif” dramı
2. H.Cavid “Ana”
3. N.Gəncəvi “Xosrov və Şirin”
4. …
A) F.Köçərli. “Təlimi-Sokrat”
B) C.Məmmədquluzadə. “Kamança”
C) C.Cabbarlı “Oqtay Eloğlu”
D) M.F.Axundzadə “Aldanmış kəvakib”
E) M.Ə.Sabir. “Səttarxana”

Azərbaycan xəritəsi üzrə hazırlanmış bu test coğrafiya fənni ilə inteqrasiya olunmuşdur. Testi həll etmək üçün şagird Azərbaycan coğrafiyasına bələd olmalıdır. Azərbaycanın siyasi coğrafiyasına bələd olan şagird ilkin olaraq, nömrələrlə qeyd edilmiş bölgələrin hara olduğunu müəyyənləşdirərək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə aid sənətkarlar haqqında soruşulan məntiqi tapmalıdır. Bir çox məntiq ağıla gələ bilər: Sənətkarın harada doğulması, əsərin harada yazılması, əsərdə hadislələrin harada baş verməsi və s.
S.Vurğunun “Vaqif” dramı və Bakı. Bunları əlaqələndirə bilən iki məntiq var: biri yazılma məkanı, biri isə səhnələşdirmə məkanı.
H.Cavidin “Ana” pyesini Naxçıvanla bağlayan bir amil var: yazılma məkanı.
N.Gəncəvinin “Xosrov və Şirin” əsərini Gəncə ilə bağlayan məntiq yenə yazılma məkanıdır. Bütün bunları müəyyənləşdirəndən sonra bizə məlumdur ki, “4 rəqəmi ilə işarələnmiş məkan haradır və burada hansı sənətkar, hansı əsəri yazıb?” sualı ətrafında fikirləşmək lazımdır. Mövzuya bələd olan şagird üçün bunu tapmaq su içim kimi bir şeyə çevrilir. C. Məmmədquluzadənin “Kamança” əsərini Qarabağda-Şuşa şəhərində yazıldığı dərsliyimizdə verilmişdir, deməli, cavab B variantıdır.
“Məktəb təkcə elm öyrətmir, həm də vətəndaş yetişdirir” fikrini əsas götürsək, bu sualın şagirdin bir vətəndaş kimi böyüməsində əvəzsiz xidməti olduğunu birmənalı şəkildə təsdiqləməliyik. Çünki bir vətəndaş kimi hər kəs vətənimizi tanımalıdır ki, bu informasiya dünyasında tanıtdıra bilsin. Etiraf etməliyik ki, bu gün elə vətəndaşlarımız var, vətənimizin bölgələrini tanımırlar. Dərsliklərimizin qayəsi də vətənpərvərlik və dövlətçiliyimizi yeni nəsillərə aşılamaqdır.

3. Verilmiş sxemdə xroniloji ardıcıllıq baxımından sual işarələrinin yerinə yazıla bilən əsər?

A) “Dəhnamə”
B) “Fərhadnamə”
C) “Leyli və Məcnun”
D) “Vərqa və Gülşa”
E) “Ayrılır”

Bu sxem testinin görüntüsü çətin test təsiri bağışlasa da, diqqətlə düşündükdə cavab tapmaq o qədər də çətin deyil. Tarixlə birbaşa bağlı olan testimizdə xronologiya soruşulur. Son zamanlar ədəbiyyat testlərində xronologiyadan daha çox istifadə edilir. Sualın şərtindən məlum olur ki, biz elə bir əsər seçməliyik, xronologiyanı iki yerdə tamamlasın. Deməli, bu əsər müxtəlif dövrlərə aid olan eyni adlı əsər olmalıdır. Sxemə baxarkən aydın olur ki, eyni adda müxtəlif sənətkatlara aid olan bu əsərlərdən biri XIII əsrə, digəri isə XV-XVI əsrlərə aid olmalıdır. Əsərələrin yazılma tarixini yada salarkən görürük ki, XIII əsrdə yazılan yeganə əsər N.Gəncəvinin “Leyli və Məcnun” əsəridir. Ardıcıllığa baxarkən Cahanşah Həqiqinin divanı ilə “Bəxtiyarnamə” əsəri arasında xronoloji baxımdan yeganə əsər də “Leyli və Məcnun” əsəridir. Tarix fənni ilə ineqrasiya olunan ədəbiyyat testinin cavabı C variantıdır.

4. Adı verilmiş əsərlərdən hansı ilə aşağıdakı sxemlərə uyğun sxem qurmaq olar?

1. “Dəhnamə” 2. “Bax” 3. “Ana”
4. “Leyli və Məcnun” 5. “Görmədim” 6.“Var”
A)1,2 B)2,4 C)1,4
D)4,5 E)3,6
Ədəbiyyat fənninə aid olan bu test ümumiləşdirici testdir. Şagirdə kömək üçün iki sxem verilmiş və soruşulmuşdur ki, verilmiş hansı əsər adlarından hansılara bu cür sxem qurmaq olar. Birinci sxem “Ayrılır” əsəri üzərində verilmişdir. Bilirik ki, “Ayrılır” adlı iki qəzəl var: birini Nəsimi, digərini isə Xətayi ona nəzirə yazmışdır. Hər ikisi əruz vəznində, qəzəl janrındadır. Və ya ikinci sxemdə “Durnalar” şeirinin iki müxtəlif sənətkara, aid olmasına baxmayaraq, eyni vəzndə, eyni janrdadır.
Deməli, bizdən soruşulur ki, iki müxtəlif sənətkarın eyni adda, eyni janrda, eyni vəzndə olan əsəri hansıdır? Cavab isə C –dir. Çünki “Dəhnamə” adlı əruz vəznində, poema janrında Marağalı Övhədinin və Ş.İ.Xətayinin əsərləri var. Həmçinin “Leyli və Məcnun” adında M.Füzulinin və H.Təbrizinin eyni vəzndə, poema janrında əsərləri var. Beləliklə, maraqlı görünən bu sxemin cavabı C-dir.

4. Adı verilmiş əsərlərdən hansı ilə aşağıdakı sxemlərə uyğun sxem qurmaq olar?

Sxemə baxdıqda ilk öncə kimya fənni yada düşülür. Adətən, x və ya y tapılması riyaziyyat, fizika, kimya və bəzi coğrafiya məsələlərində soruşulur. Bu testin gözəlliyi də x və y-in tapılması Azərbaycan dili fənni üzərindən soruşulur. Bu test tapşırığını aşağıdakı kimi də qurmaq olardı: “Oxuyaq” sözü felin hansı şəkillərində işlədilir? Cavab da əmr və arzu şəkilləridir. Amma kimya, riyaziyyat və Azərbaycan dili fənləri arasındakı inteqrasiya testə xüsusi dizayn verir.

A)M.Füzuli
B) Həbibi
C) Ş.İ.Xətayi
D) Q.Təbrizi
E)S.Təbrizi

Bu sxemdə bir neçə məqam şagirddən sorşulur: birincisi xronologiya, ikincisi şairlərin bir-birlərindən təsirlənməsi. Mövzuya bələd olan şagirdə aydındır ki, Qazi Bürhanəddin tuyuğu yaratmış, tuyuğ isə Q.Bürhanəddindən Nəsimiyə, Nəsimidən isə Ə.Nəvaiyə keçmişdir. Artıq burada məntiq dəyişir, bilikli şagird yadına salır ki, Əlişir Nəvaidən sonra N.Kişvərinin verilməsi Kişvərinin Ə.Nəvaidən təsirləndiyi deməkdir. Bunu müəyyənləşdirən şagird artıq Kişvəridən kimin təsirləndiyini düşünməli, əgər məlumatlıdırsa, bu şairin Şah İsmayıl Xətayi olduğunu qeyd edəcəkdir.

7. Verilmiş tarixi hadisələrlə bağlı olan bədii əsərləri müəyyənləşdir:
1. Babəkin Ərəb xilafətinə qarşı üsyanı
2. Sasani hökmdarı Bəhram şahın hakimiyyəti dövrü.
3. Səfəvilərlə Osmanlılar arasında “Çaldıran döyüşü”
4. Ağa Məhəmmədin Qarabağa hücümu
5. XIX əsrin əvvəllərində İranla Rusiya arasında Azərbaycanın parçalanmasına aid müqavilə
I. “Vaqif” dramı
II. “Bəngü badə”
III. “Yeddi gözəl” poeması
IV. “Gülüstan” poeması
V. “Od gəlini”
A) 1-I, 2-III, 3-IV, 4-II, 5-V
B) 1-V, 2-III, 3-II, 4-I, 5-IV
C) 2-V, 1-III, 4-II, 3-I, 5-IV
D) 1-II, 2-I, 3-III, 4-IV, 5-V
E) 1-III, 2-II, 3-I, 4-V, 5-IV
Təqdim edilmiş bu test tarix fənni ilə sıx inteqrasiya olunmuş ədəbiyyat qiymətləndirmə testidir. Orta məktəb proqramında verilmiş bu tarixi hadisələr geniş şəkildə danışılır. Sözsüz ki, bədii ədəbiyyatımız tarixi hadisələrlə yaxından əlaqədardır. Çünki dövrün tarixi hadisələri bədii ədəbiyyata çox böyük təsir edir. Hətta ədəbiyyata yeni mövzular verir. İstənilən bədii əsəri dərindən araşdırsaq, dövrünün tarixi proseslərinin izlərini görərik. Və dərsliklərimizdə istənilən qədər bu və ya digər mənada tarixlə bağlı olan əsərlər var.
Nümunə kimi verilmiş testlər göstərir ki, ədəbiyyat müəllimləri qiymətləndirmə testləri hazırlayarkən bütün fənlərə aid inteqrativ testlər yaza bilərlər. Amma bu o demək deyil ki, müasir tələblərə uyğun qiymətləndirmə testləri hazırlamaq sırf inteqrativ test tapşırıqları hazırlamalıdır. Qiymətləndirmədə inteqrasiya 20-30 faiz təşkil etsə, yetərlidir.

8.Sxemləri tamamla:

A)dola, bitişdir
B)tərəf, topla
C)qırmızı, bulaq
D)doğru, siyir
E)bagla, izlə
(Hədəf kursları. Azərbaycan dili test bankı)

Təfəkkür məntiqinə sözykənən bu testin həlli üçün birinci olaraq nöqtələrin yerinə hansı sözün yazılmasını axtarmaq lazımdır. Birinci sxem tamdır. Digər sxemləri tamamlamaq üçün birinci sxemin məntiqini başa düşmək vacib şərtlərdəndir. Birinci sxemdəki “at” sözü əsas götürülmüş və digər sözlər müxtəlif sxemlərdə həmin sözə əsasən qurulmuşdur. Ilk olaraq fikir vermək lazımdır ki, “at” sözü ilə “saxla” sözünu birləşdirən nədir? Bu zaman qarşıya qoyulmuş oxlara diqqət yetirilməlidir. Hər iki sözün sadə fel olması, təsriflənən olması, təsirli olmasını yada salandan sonra bir-birinə əks istiqamətdə olan oxları nəzərə alaraq bu sözlərin antonim olduğunu görürük. At sözünün qarşısındakı “tulla” sözünə və oxa fikir vermək lazımdır. Məntiqi yanaşdıqda “tulla” sözü ilə “at” sözünün sinonimliyi üzə çıxır. Formaca eyni, mənaca müxtəlif (hər ikisi də eyni fiqur olmasına baxmayaraq, birinin içi dolu, ikincisinin isə boş olduğu nəzərdə tutulur) olan fiqurlarda verilmiş “at” sözləri şagirdi düşündürməli, sxemə əsasən omonim söz olduqlarını müəyyənləşdirməlidir. Bu məntiqlə də digər fiqurlara yanaşaraq ikinci sxemdəki yumru dairəyə və səkkizkünclü xanaya hansı sözün yazılacağını tapmalıdır. Ona da fikir verilməlidir ki, əslində butun sxemlər eynidir, aldadıcı olması üçün fərqli istiqamətlərdə fırladılmışdır. Sarı sözünün antoniminin və omoniminin verildiyini görürük, deməli, biz sarı sözünün sinonimini müəyyənləşdirməliyik. Artıq burada şagirdin sinonim haqqındakı biliyi ortalığa çıxır. “Sarı”(maq) sözünün sinoniminin “dolamaq” feli olduğunu tapan şagird, üçüncü sxemdə artıq nəyi axtaracığını çox düşünməyəcək, birbaşa “yar”maq sözünün antonimini axtaracaq və “bitişdir” olduğu müəyyənləşdirəcəkdir.
Düzgün cavab: A
İnanırıq ki, göstərdiyimiz nümunələr testologiya elmi üçün faydalı olacaq, müəllimlərimiz bu modellərdən yararlanaraq şagirdlərimizin inkişafı naminə yeni tip testlər yazacaq, həm dərsin izahı, həm də qiymətləndirilməsində fənlərarası əlaqənin möhkəmlənməinə xidmət edəcəklər.

əllif: Şəmil Sadiq


Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx