Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin fənn iclası

Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin fənn iclası

Dekabr ayının 5-də Hədəf Kurslarının Xırdalan filialında kursun Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin fənn iclası keçirildi. 

Toplantıda kursun baş direktoru f.f.e.d.Şəmil Sadiq, Azərbaycan dili  fənn rəhbəri Elxan Nəcəfov, Ədəbiyyat fənn rəhbəri Məhəmməd Xankişiyev, eləcə də ixtisas müəllimləri: Məmmədov Qanun, Sultanova  Könül, Babayev Səid, Heydərov Rasim, Orucov Ömər, Muradov Elçin, Məmmədova Ramilə, Rəsulova Nərmin, Abdulova Afərim, Səfərova Sevinc, Kərimova Sevinc, Təhməzov Mübariz iştirak edirdilər.

Toplatının əsas məqsədi hazırlanan test tapşırıqlarının təkmilləşdirilmək, fənlərin tədrisi metodikasının daha da inkişafı üçün verilən təklifləri, aylıq sınaq imtahanlarının nəticələrini  müzakirə etmək, imtahan  göstəriciləri aşağı olan şagirdlərin nəticələrini yaxşılaşdırmaq üçün  lazımi tədbirlər planlaşdırmaq idi.

Yığıncağı giriş sözü ilə f.f.e.d. Ş. Sadiq başlayaraq müəllimlərə məsləhət və tövsiyələr verdi. Sonra Azərbaycan dili fənn rəhbəri  E. Nəcəfov fənnin tədrisi zamanı yaranan problemləri necə həll etməyin üsullarından danışdı. Yeni tipli test tapşırıqları və  mətn testlərini hazırlamaq üçün lazımlı parametrləri müəllimlərin nəzərinə çatdıraraq gənc kadrlara işlərində daha məsuliyyətli olmağı məsləhət gördü. Ədəbiyyat fənn rəhbəri M. Xankişiyev müəllimlərə test tapşırıqlarının yazılmasında yol verilən qüsurlardan danışdı və istifadə olunacaq test tapşırıqlarını daha da diqqətlə yoxlamağı tövsiyə etdi.

Toplantının gedişatı zamanı keçirilmiş olan MQT1 və MQT 2 imtahanlarındakı suallar təhlil olundu. Qarşıdan gələn MQT-lərə düşəcək sualların mövzusu proqrama görə bir daha müəyyənləşdirildi. MQT-lərə müəllimlər tərəfindən göndərilən testlərin daha da keyfiyyətli və səmərəli olması üçün fənn rəhbərləri müəyyən tövsiyələr verdi.

Toplantı təkliflərin qızğın müzakirəsi ilə davam etdi. Müəllimlərin verdiyi təkliflər müzakirə olundu, tədris prosesi zamanı rast gəlinən çətinliklər və onların hansı üsullarla aradan qaldırmaq, bəzi mövzuların  ağırlıq dərəcələrini nəzərə almaqla onların tədris olunmasına daha çox vaxt ayırmaq lazım olduğu  qeyd edildi. Toplantının sonunda növbəti iclasa aid tapşırıqlar və vəzifələr müəyyənləşdi.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx