Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Aztəminatlı məktəblilər üçün kitab aksiyası

Aztəminatlı məktəblilər üçün kitab aksiyası

Sentyabrın 29-da aztəminatlı məktəblilərin onlara lazım olan dərs kitabları və ali məktəblərə hazırlıq üçün metodiki vəsaitlərlə təmin olunması məqsədi ilə, Hədəf Nəşrləri tərəfindən yeni xeyriyyə aksiyası təşkil olunub.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən Bakumedia.az-a verilən məlumata görə, “Kitabevim.Az” mağazasının qarşısında baş tutan aksiyanın əsas məqsədi artıq məzun olan gənclərin istifadə etmədikləri kitabların yenidən onlara ehtiyacı olan əllərə çatdırılması olub.

Sentyabrın 3-dən başlayaraq start götürən aksiyada Hədəf Kurslarının məzunları və müəllim heyəti də yaxından iştirak edib.
Bundan başqa, aksiyaya qatılmaq arzusunda olanlar hədiyyə etmək istədikləri kitabları 25 gün ərzində “Kitabevim.Az” kitab mağazasına təhvil veriblər.
Həmçinin, onlarla gənc aksiya günü öz kitablarını aksiyanın keçirildiyi yerə – Zivərbəy Əhmədbəyov 2 ünvanına gətirərək, aksiyada əyani iştirak etmək imkanı qazanıblar. Aksiyasaat sentyabrın 29-da saat 12:00-da başlanıb və axşam 19:00-a kimi davam edib. Aksiya vaxtı 5 minə yaxın sayda dərslik, test bankları, metodiki vəsaitlər və digər ədəbiyyat nümunələri kitaba ehtiyacı olan yeniyetmə və gənclərə pulsuz paylanılıb.
Hədəf Nəşrlərinin direkjtoru Müşfiq XAN bildirib ki, aksiyanın təşkilindən və gedişatından razıdır: “Bu aksiyada bizə dəstək verən yüzlərlə insan oldu. Onların hər birinə təşəkkürümüzü bildirmək istərdim. Sosial şəbəkələrdəki gənclərimizin bu tədbirə həssaslığından razı qaldıq. Sumqayıtda kitab mağazasının sahibi olan Xan Rəsuloğlu bizim aksiya üçün minə yaxın yaxşı vəziyyətdə olan kitab hədiyyə etdi. Fikrimcə, bu çox yaxşı addımdır. Gənclərimizin savadlanmasına və kitab oxumasına bacardıımız qədər dəstək olmalıyıq”.
Müşfiq XAN onu da əlavə etdi ki, gələcəkdə bu cür aksiyaları yenə də təşkil etmək nəzərdə tutulur. Qeyd edək ki, kitablar və kitab istəyən şəxslər çox olduğundan, aksiya sentyabrın 30-da da davam edib.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx