Bakı Ali Neft Məktəbində psixoloji seminar keçirildi

Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf  Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə  BANM-də 2 günlük  “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə  həyata keçirildi.

İki  gün  davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması yardım olundu. Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyə Respublikasından dəvət olunmuş professorlar  abituriyentlərə  özünə inam, diqqət və konsentrasiya, stress, həyacan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər verildi.

Qarşıdan  gələn  qəbul imtahanlarında  abituriyentlərə  uğurlar  arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, bu  kimi layihələrin  təşkil olunmasını  təhsilin inkişafında uğurlu addımlardan biri  kimi hesab edir. O qeyd etdi ki, beynəlxalq təcrübədə  imtahan öncəsi bu tip seminarların  keçirilməsi  abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edir. Bu baxımdan  belə layihələrin tez-tez  təşkil olunması istər abituriyentlər üçün, istərsə  də  onların valideyinləri üçün olduqca önəmli və vacibdir.

Tədbirdə çıxış edən Hədəf  kurslarının direktoru  Şəmil Sadıq  bu gün ölkəmizdə həyata keçirilən  gənclər siyasətinə əsasən  gənclərin özlərin yüksək səviyyədə  inkişaf etdirmələri üçün Dövlət tərəfindən   yüksək  şəraitin yaradıldığını qeyd edib və  bildirdi ki,  öz gələcəyini və ölkəmizin gələcəyini düşünən   hər bir gənc bu imkanlardan maksimum yaralanmalıdır.   Daha  sonra Ş. Sadıq hər bir abituriyentə  ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.

Öz beynəlxalq təcrübəsinə dayanaraq, imtahan öncəsi stressdən necə azad olmaq və imtahan zamanı vaxtdan səmərəli istifadə etməyi məsləhət görən Sabancı Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin meneceri Mohammad Jamal Ahmet Abbasi qeyd etdi ki, bəzən abituriyentlər ixtisas seçimində qərarsız olurlar və ixtisas seçərkən səhvə yol verə bilərlər. O, “Sabancı Universitetindəki fakültəsiz universitet modelinin tədbigi barədə danışaraq vurğuladı ki, Universitetdə tələbələrə 2 il ümumi dərslər keçirilir və tələbələr öz fakültələrini 2-ci kursun sonunda seçmə imkanlarına malikdirlər.

Tədbirin sonunda  ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin, Sabancı Universitetinin və Hədəf  kurslarının hədiyyələri təqdim olunub.

Layihənin ən  fəal iştirakçısı  Nigar Qasımova  isə  Sabancı  Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.