Bir həftəlik pedaqoji seminar olacaq!

Hədəf Kursları MMC artıq 8 ildir ki, tədris ilinin başlanğıcında gənc müəllimlərin maariflənməsi və təcrübə mübadiləsi üçün Pedaqoji seminar keçirir. Hər il onlarla müəllimin qatıldığı seminar-treyniqdə bu il 150-yə yaxın müəllim iştirak edəcək. Əvvəllər əsasən Hədəf Kurslarında yeni işə başlayan müəllimlər üçün nəzərdə tutulan bu Pedaqoji Seminara son illər kənardan da qoşulanların sayı artmışdır. Bu ildən isə həm kənardan sərbəst müəllimlər, həm də yeni açılmış tədris müəssisələrinin müəllimləri korporativ şəkildə də qoşula bilər. Son qeydiyyat tarixi 19 avqust tarixinə qədərdir. Hədəf Kurslarında işləyəcək müəllimlər üçün seminar ödənişsiz, kənardan qoşulanlar üçün ödənişlidir.

Seminar-treyniqi  f.ü.f.d.dos, Şəmil Sadiq, Elxan Nəcəfov, Ramil Süleymanov kimi tanınmış pedaqoqlar aparacaq. Bundan əlavə isə sürətli oxuma ilə bağlı Türkiyenin Alge Süretli oxuma kurslarının mütəxəssisi ‘’Sürətli oxuma və yaddaşın idarə edilməsi’’ ilə bağlı əlavə seminar verəcək.

Seminarda Pedaoji bacarıqlar, Kurikulum, İnternet resursları, PIRLS və PİSA, Sürətli oxu, Təhsil menecerliyi, Testologiya, Valideyn-şagrd münasibətləri, liderlik, Kariyera və təqdimetmə kimi aktual mövzular yer alacadır.

Seminar 21-26 avqust tarixlerində Hədəf Kursları 20 Yanvar filialında keçiriləcək, sonda iştirakçılara sertifikat veriləcək.

Ətraflı məlumat üçün :  (070)324-98-50