Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Bir yaşlı Azadlıq

Bir yaşlı Azadlıq

Hədəf  Kursları Azadlıq filialında  13 oktyabr  2012-ci il tarixdə filialın 1 yaşı tamam olması münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Hədəf Kurslarının Həmtəsisçisi və  baş direktoru f.ü.f.d., dos. Şamil Sadiq, HK-nın həmtəsisçisi Vüqar Tarquliyev, filial direktorları, Qafqaz Kursları təsisçisi Amil Həsənov, valideynlər, HK-nın əvvəlki illərdə məzun olmuş dinləyiciləri,  müəllimlər, şagirdlər  və dəvət olunmuş digər qonaqlar iştirak etmişlər. Tədbir Azadlıq filialında məktəbəqədər hazırlıq qrupunda təhsil alan balacaların AR Dövlət Himnini səsləndirməsi ilə başlamışdır.

HK Azadlıq filialının direktoru Elvin Əliyev filialın 1 illik fəaliyyəti barədə hesabat xarakterli çıxış etmişdir. Çıxışdan sonra Azadlıq filialının fəaliyyətini əks etdirən video çarx nümayiş olunmuşdur. Bundan sonra sıra ilə HK baş direktoru dos. Şamil Sadiq və HK həmtəsisçisi Vüqar Tarquliyev kürsüyə dəvət olunmuşlar. Hər iki natiq filialın 1 illik fəaliyyətini yüksək qiymətləndirmişlər.

 Tədbirin aparıcıları olan Azadlıq filalı dinləyiciləri Fidan və Nəzrin  filial üzrə keçirilmiş bir neçə nominasiya qaliblərini elan etmişlər. Azadlıq filialı üzrə “Ən fəal valideyn” nominasiyasın qalibi Qəmzə Yusifova seçilmişdir. Ona sertifikatı və hədiyyəsini HK İcraçı Direktoru Emin Sadıqov təqdim etmişdir. Qəmzə Yusifova ona gostərilən bu etimada görə HK rəhbərliyinə öz dərin təşəkkürünü bildirmişdir.

Azadlıq filialına göstərdikləri maddi və mənəvi dəstəyə görə Yəhya Babanlı, Xurşud Həsənova, Aygün Rəcəbova və ALO Print şirkəti “Azadlıq filialının dostu” nominasiyasına layiq görülmüşlər.

Tədbirdə çıxış edən HK Neftçilər filialı direktoru Fikrət Hüseynov, Xırdalan filialı direktoru Elxan Nəcəfov  da  filial əməkdaşlarını bir yaş münasibətilə təbrik etmiş və öz hədiyyələrini filial direktoruna təqdim etmişlər.

Tədbir Azadlıq filialının 1 yaşı münasibətilə hazırlanmış tortun kəsilməsi ilə başa çatmışdır.

Hədəf Xəbər, Azadlıq filialı

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx