Borçalıdakı soydaşlarımıza kitab yardımı kampaniyası başladı

Toplanılan kitabların bu ayın sonuna kimi Gürcüstana göndərilməsi planlaşdırılır

 Hədəf Nəşrləri Gürcüstanın Borçalı bölgəsində soydaşlarımızın təhsil aldığı məktəblərdəki kitab qıtlığını aradan qaldırmaq, soydaşlarımızın maariflənməsinə dəstək məqsədi ilə keçirilən “Kitabını paylaş, soydaşlarının təhsilinə dəstək ol” kampaniyasına qoşuldu.

 Nəşriyyatın mətbuat xidmətindən verilən məlumata görə, Borçalıdakı soydaşlarımız üçün təqdim olunan yardım aşağıdakı kimidir:

 1. Bütün fənlər üzrə test topluları (9, 10 və 11-ci siniflər üçün) – 200 ədəd

2. İxtisas qrupları üzrə sınaq imtahanı kitabçaları – 600 ədəd

3. Bloknotlar – 100 ədəd

4. Bədii kitablar – 50 ədəd

5. Dərs vəsaitləri və testlər – 30 ədəd

6. Orta siniflər üçün (5, 6, 7, 8 ) test topluları – 50 ədəd

7. Bütün məktəblilər üçün Hədəf Kurslarının “İSQ” aylıq tədris jurnalının son buraxılışı – 100 ədəd

Kitab toplama kampaniyası Marneuli rayonu Sadaxlı kənd orta məktəbinin şagirdlərini kitablarla təchiz etmək məqsədilə keçirilir. Gənc soydaşlarımızın Azərbaycan dili, Ədəbiyyat və Azərbaycan tarixi kitablarına daha çox ehtiyacı var. Bununla yanaşı bədii ədəbiyyatla da məktəbli dostlarımızı sevindirə bilərik. Gürcüstandakı gənclərimizə bədii ədəbiyyat və dərslikləri çatdırmaqda və bununla da onların normal təhsilini davam etməsində kömək etməyi düşünürük.

Kampaniya hələ davam edir. Təşkilatçıların sözlərinə görə, toplanılan kitabların bu ayın sonuna kimi Gürcüstana göndərilməsi planlaşdırılır. Dəstək olmaq duygu.azerbaijan@gmail.com ünvanı ilə əlaqə saxlaya bilərlər.