Bu dəfə şagirdlər müəllimlərə qiymət verdi – FOTO

Hədəf Kursları tədrisin və idarəçiliyin daha da təkmilləşməsinə xidmət etmək məqsədi ilə şagirdlər arasında anonim sorğu keçirildi.

Nizami filialında başlayan sorğuda Hədəf Kurslarının İcraçı direktoru Emin Sadiqov və Sosial İşlər üzrə direktor Elvin Əliyev iştirak edərək, şagirdləri məlumatlandırıblar.

Onlar şagirdlərdən sorğunun əhəmiyyətindən danışmış, anketi cavablandırmalarını istəyiblər.

Şagirdlər filialın müəllim və personal heyətini 5 ballıq sistemlə qiymətləndiriblər.