Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - Bu ixtisaslarda balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Bu ixtisaslarda balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilər.

Dövlət İmtahan Mərkəzi Nizamnaməsinin 2.1.3. bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur. Aşağıdakı cədvəllərdə həmin ixtisaslar,onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Müsabiqə şərtləri:

Cədvəllərdə ( keçid: http://dim.gov.az/news/bachelor/3227/) qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx