Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR - DİM - Buraxılış imtahanı iştirakçılarının nəzərinə!

Buraxılış imtahanı iştirakçılarının nəzərinə!

Qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı yazılacaq. Misal üçün şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 25 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 60 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənəcək (85 bal) və attestatına yazılacaq. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti təhsil sənədinə yazılacaq.

Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası yazılacaq.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx