“Çağdaş Azərbaycan” bilik yarışması

   Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə  02 dekabr 2012-ci il tarixdə Nizami Rayon Bələdiyyəsi və Hədəf Kurslarının birgə layihəsi əsasında Nizami rayonunda təhsil alan  9, 10 , 11-ci sinif şagirdləri arasında  “Çağdaş Azərbaycan” adlı bilik yarışması keçirilib. Əvəlləcə  bilik yarışması haqqında  Nizami rayonunda  fəaliyyət göstərən 23 məktəbdə təbliğat işləri aparılıb,  layihənin məqsədi, aparılması qaydaları izah olunub. Bildirilib ki, bu bilik yarışmasının əsas məqsədi Nizami rayonunda təhsil alan  şagirdlərin bilik, bacarıq və vərdişlərini aşkar etmək, ümumiləşdirmək, fərdi xüsusiyyətlərini ortaya qoymaq, qruplar üzrə onların qabiliyyətlərini yoxlamaq, bilikli,  lakin imkansız olan şagirdlərə köməklik göstərməkdir. İmtahan  Azərbaycan və rus bölmələri üzrə ixtisas  qruplarına görə aparılıb.

    İmtahan keçirilməzdən iki həftə əvvəl  İmtahan komissiyası yaradılmış və məhsul şəxslər müxtəlif məktəblərdə qeydiyyat işlərini aparmışlar. 2000-ə yaxın şagird qeydiyyatdan kemiş, yekunda 1915  şagirdin imtahan verdiyi  müəyyən edilmişdir. Təbliğat aparılan 61, 70, 145, 238, 229, 251 və s. saylı məktəblərdə şagirdlərin bilik yarışmasına daha çox  can atdıqları müşahidə olunub.

   Qeydiyyat zamanı 250 saylı məktəbin direkroru  Adıgözəlov Nazim bu layihə haqda  fikirlərini ifadə edərək demişdir: “Nizami rayonunda  təşkil olunmuş bu cür bilik yarışması, həqiqətən, xalqımızın  həmrəyliyi naminə mütərəqqi bir addımdır. İstər şagirdlərin bilik səviyyəsinin yoxlanılması, istərsə də onların arasında rəqabətin təmin olunması təqdirə layiq bir məsələdir. Bu cür yarışmaların keçirilməsi  olduqca sevindiricidir. Elə bu münasibətlə təşəbbüskar olan Nizami Rayon Bələdiyəsinə və layihənin həyata keçməsində böyük rol oynayan Hədəf kurslarına dərin minnətdarlığımı bildirirəm”.

   İmtahanın gedişində Nizami Rayon Bələdiyəsinin sədr müavini Vüqar Tarquliyev, Maliyə iqtisad şöbəsinin müdiri Heydər Rəhimov, Hüquq şöbəsinin müdiri  Mənsumov Vaqif, Hədəf Kurslarının baş direktoru Şəmil Sadiqov,   İcraçı direktor Emin Sadıqov, Neftçilər filialının direktoru Fikrət Hüseynov, direktor müavini Qanun Məmmədov və  bir sıra məsul nümayəndələr imtahan binasına gələrək şəffaf  imtahan keçirildiyini yaxından izləmişlər.

“Çağdaş  Azərbaycan” bilik yarışmasında qalib olanlar  aşağıdakı yerlər üzrə müəyyən güzəşt və hədiyyələrlə təltif olunacaqlar.

 I yer: Hədəf kurslarında  1 (bir) illik 75% güzəştlə təhsil və XAN romanları dəsti, diplom

II yer: Hədəf kurslarında  1 (bir) illik 50% güzəştlə təhsil və “İNCİ” uşaq ədəbiyyatı dəsti, diplom

III yer: Hədəf kurslarında  1 (bir) illik 30% güzəştlə təhsil və “Xəmsə” (nəsrlə) 5 kitab dəsti, diplom