14682201_1090407187680358_5419674068358040755_o
Hədəf Kursları və ASAN Könüllüləri arasında əməkdaşlıq davam edir!!!

“Hədəf Kursları” MMC  və “ASAN Könüllüləri” İB arasında əldə olunan razılaşmaya əsasən ASAN Könüllüləri Hədəf Kurslarının təqdim etdiyi bütün xidmətlərdən güzəştli şərtlərlə faydalana biləcəklər. Nəzərdə tutulan güzəştlərdən yararlanmaq üçün ASAN Könüllüləri sertifikat və ya könüllü olmaları haqqında müvafiq arayışla birlikdə Hədəf Kurslarının istənilən filialına yaxınlaşa bilər və sadəcə ASAN könüllüləri üçün nəzərdə tutulmuş endirimlərdən faydalana […]

magistraturaya-sinaq-imtahanlari-bitdi352b249ea22830429300-150x150
MQT-1 MÖVZULARI – 09 OKTYABR

AZƏRBAYCAN DİLİ   IX-X sinif 1.Fonetika   XI sinif 1. Fonetika 2.Leksika – sözün leksik və qrammatik mənası. Təkmənalı və çoxmənalı sözlər. Omonimlər. Omonim və çoxmənalı sözlərin fərqi və oxşarlığı. Sinonimlər. Antonimlər   ƏDƏBİYYAT IX sinif 1.Təkrar V sinif. 2.Təkrar VI sinif . 3.Təkrar VII sinif. 4. VIII sinif. Qədim dövr  Azərbaycan ədəbiyyatı . “Kitabi-Dədə […]

Rəvan-Nəzərəliyev3-1024x743
Ölkə üzrə 700 bal toplayan 6 abituriyentdən biri Hədəf Kurslarının məzunu oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda ölkə üzrə 6 nəfər təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə göstərib. I ixtisas qrupu üzrə 700 bal toplayan 3 abituriyentdən biri Xırdalan şəhər 5 saylı orta […]

psixoloji-seminar-poster-268x300
Abituriyentlərin imtahana psixoloji hazırlığı

1-2 iyul 2016-cı il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasının binasında “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı layihə həyata keçiriləcəkdir. AMEA Mərkəzi Elmi Kitabxanası, Fransa-Azərbaycan Universiteti, Qərb Universiteti və  Hədəf Kurslarının təşkilatçılığı ilə baş tutacaq layihənin əsas təşkilatçısı AR Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsidir.          Layihədə məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və […]

muellimqebul-1-150x150
HƏDƏF KURSLARIN MÜƏLLİM QƏBULU İMTAHANININ II MƏRHƏLƏSİ BAŞLADI

12 iyun 2016 tarixində Hədəf Kurslarında müəllim qəbul sınaq imtahanı keçirilmişdir.  Builki qəbul imtahanı Hədəf Kursları, Hədəf liseyi və İstiqlal Tədris Mərkəzi  üçün nəzərdə tutulmuşdur. İmtahan iki mərkəzdə: Azərbaycan  və Qafqaz universitetlərinin tədris binalarında keçirilmişdir.  Azərbaycan və rus bölməsi olmaqla Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, ingilis dili, biologiya, kimya, riyaziyyat, fizika, informatika və məntiq fənlərindən  […]

son-seminar-6-150x150
Hədəf kurslarının “Media təlimləri” ikinci mərhələsini bitirdi

“Hədəf Kursları” MMC, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası” , İstanbul Aydın Universitetinin,  Hədəf Karyera Mərkəzinin  birgə təşkilatçılığı və Senet.az  ədəbiyyat portalının  informasiya dəstəyi  ilə gənc jurnalistlər üçün keçirilən 3 aylıq təlim bu gün yekunlaşdı. Üç aylıq təlimin  sonunda  gənc jurnalistlərə sertifikat təqdim olundu,  həmçinin Hədəf Kursları təlimçilərə təşəkkürnamə də təqdim etdi. Təlimçilər Şəmil Sadiq, Elçin Əlibəyli, Vüqar […]

1-3d
1-4-cü siniflər üçün nəzərdə tutulan “YAY TƏTİLİ TAPŞIRIQLARI” kitabları

Hazırda Ölkəmiz özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. İnsanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır. Bu prosesə dəstək vermək məqsədi ilə “Hədəf nəşrləri”  tərəfindən  davamlı olaraq müxtəlif təhsil pillələri […]

seminar-Ferid-Azeri-2-150x150
Gənc jurnalistlər televiziyalarımıza münasibətlərini ifadə etdilər

Hədəf Karyera Mərkəzi, BDU-nun “Jurnalistika Elmi-Tədqiqat Laboratoriyası”nın birgə təşkilatçılığı və Senet.az saytının informasiya dəstəyi ilə keçirilən seminar-treninqlər çərçivəsində gənc jurnalistlər bu dəfə APA TV-nin əməkdaşı Fərid Azəri ilə görüşüblər. Görüşdə əsas müzakirə mövzusu “İnternet televiziya” olub. Fərid Azəri bir gənc jurnalist kimi öz təcrübələrini həmkarları ilə bölüşüb. Çəkilmiş reportajlara baxılıb və həmin materiallarla bağlı müzakirələr […]

hedefkomimtahn2016
Bu il 25 şagird Hədəf Kurslarından ödənişsiz təhsil hüququ qazandı

15 may 2016 tarixində Hədəf Kurslarında 2016-2017-ci tədris ili üçün qəbul sınaq imtahanı keçirildi. İmtahanında 8000-dən artıq abituriyent iştirak etmişdir. Şagirdlər Hədəf Kurslarının Bakı və Sumqayıt şəhərlərində yerləşən 6 filialında, həmçinin Qusar, Mingəçevir, İmişli, Saatlı, Biləsuvar, Masallı, İsmayıllı təmsilçiliklərində imtahan vermişlər. Builki qəbul imtahanında 8-9-10-cu siniflərin hər biri üzrə Azərbaycan və rus bölmələri olmaqla bütün […]