Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR

Kateqoriya arxivləri: RƏSMİ XƏBƏR

Feed Subscription

Buraxılış siniflərinin (IX-XI) nəzərinə!

dim_logo

Buraxılış siniflərinin şagirdləri Dövlət İmtahan Mərkəzinin saytında http://eservices.dim.gov.az/sagird/indexsh.aspx?frm=egov keçidinə daxil olmaqla “Şagird-məzun”sistemindən özləri haqqında məlumatları öyrənə bilərlər. Şagirdlər bu səhifədə buraxılış imtahanından aldıqları qiymətlərlə yanaşı, təhsil sənədinə (attestata) yazılacaq yekun qiymətləri də görə bilərlər. Davamını oxu »

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

dim_logo

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanında (cari ilin məzunları üçün buraxılış imtahanında) imtahan nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. Səhv cavablar abituriyentin ümumi balına təsir etmir. Abituriyentin ümumi balı hər fənn üzrə topladığı balların cəminə bərabərdir. Mümkün maksimal bal 200-dür. Balların hesablanma qaydası İmtahanın I mərhələsində imtahan iştirakçılarına Azərbaycan dili (rus dili) fənnindən ... Davamını oxu »

“Magistr” jurnalının 5-ci nömrəsi nəşr olunub

dim_logo

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini nəşr etmişdir. Jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunmuşdur. Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş ... Davamını oxu »

Ali təhsilin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

dim_logo

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 21-də saat 18:45-dən etibarən Mərkəzin internet saytında yerləşdirib. Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Mərkəzin internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak ... Davamını oxu »

Buraxılış imtahanı iştirakçılarının nəzərinə!

dim_logo

Qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə dövlət təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin yekun (illik) qiyməti və buraxılış imtahanının balı yazılacaq. Misal üçün şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 25 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 60 bal toplayıbsa, hər iki mərhələ ... Davamını oxu »

İyunun 17-də keçirilən buraxılış imtahanının nəticəsi açıqlandı

dim_logo

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. İmtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə (http://eservices.dim.gov.az/netorta/?frm=egov) nəticələri haqqında məlumatla, habelə cavab kartının ... Davamını oxu »

DİM tərəfindən iyunun 23-də keçiriləcək növbəti buraxılış imtahanlarında 57088 şagirdin iştirakı nəzərdə tutulur.

dim_logo

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 23-də Xocavənd, Gəncə, Daşkəsən, Göygöl, Samux, Xızı, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Oğuz, Ağcabədi, Göyçay, Ucar, Ağdaş, İsmayıllı, İmişli, Füzuli, Beyləqan, Sabirabad, Saatlı, Lənkəran, Astara, Lerik, Masallı, Xaçmaz, Şabran və Siyəzəndə yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcəkdir. Həmin gün ümumilikdə 57088 ... Davamını oxu »

Bakalavrların nəzərinə!

dim_logo

Bakalavrların nəzərinə! 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır. 19 iyun saat 17:30-a olan məlumata əsasən, 8113 bakalavr elektron ərizəsinə daxil olaraq ixtisaslaşma seçimi etsə də, onlardan yalnız 7970 nəfəri ərizəsini təsdiq edib. Xatırladırıq ki, ixtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 23:59-dək ... Davamını oxu »

Buraxılış imtahanı iştirakçılarının nəzərinə!

dim_logo

Dövlət İmtahan Mərkəzi 17, 23, 30 iyun tarixlərində bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün buraxılış imtahanları keçirəcəkdir. Bölgələr üzrə imtahanların keçirilmə qrafiki ilə http://dim.gov.az/news/school-leaving/3051/ keçidinə daxil olmaqla tanış ola bilərsiniz. Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların ... Davamını oxu »

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi şagirdlərinin nəticələri açıqlandı

dim_logo

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı ( http://eservices.dim.gov.az/netazd1/?frm=egov) vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. Qeyd ... Davamını oxu »

Yuxarıya qalx