Buradasınız: Ana səhifə - RƏSMİ XƏBƏR (page 2)

Kateqoriya arxivləri: RƏSMİ XƏBƏR

Feed Subscription

“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi şagirdlərinin nəticələri açıqlandı

dim_logo

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı ( http://eservices.dim.gov.az/netazd1/?frm=egov) vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 1813 abituriyentdən 259 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 1554 abituriyentdən 1306 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. Qeyd ... Davamını oxu »

DİM-in 11 İyunda keçirilmiş sınaq imtahanının düzgün cavabları

dim_logo

11 iyun 2017-ci il tarixində keçirilmiş sınaq imtahanında I,II,III və IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə tanış olmaq üçün http://tqdk.gov.az/exam/pretest/ keçidinə daxil olun. Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və ... Davamını oxu »

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisas seçimi başlanır

dim_logo

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi 2017-ci il iyunun 9-dan 19-dək aparılacaq. İxtisaslaşma seçiminə 2017-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ... Davamını oxu »

DİM İyunun 11-də sınaq imtahanı keçirəcək

dim_logo

Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyunun 11-də Respublikanın 11 şəhərində sınaq imtahanları keçirəcək. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə ... Davamını oxu »

Rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcək

dim_logo

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il iyunun 11-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcəkdir. Bu imtahanda aprelin 9-da keçirilmiş 1-ci imtahandan “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən, aprelin 1-dən 11-dək elektron ərizəsini təsdiq edən , həmçinin 4-24 may tarixlərində elektron ərizə təqdim etmiş rus bölməsinin abituriyentlər iştirak edəcəklər. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 ... Davamını oxu »

DİM Ədliyyə orqanlarında işləmək iştəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

dim_logo

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il iyunun 10-da Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir. İmtahan saat 10:00-da vahid auditoriyada – Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün namizədlər imtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 8 və 9 iyun tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət ... Davamını oxu »

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsini nəşr etmişdir

18767577_1598589523499116_5672984736739956014_n

“Magistr” jurnalının bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc edilmişdir. Bu nömrədə həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul ... Davamını oxu »

DİM Magistraturaya qəbul imtahanının II mərhələsini keçirəcək

dim_logo

Dövlət İmtahan Mərkəzi 2017-ci il iyunun 4-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılıcaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet ... Davamını oxu »

9-cu sinif şagirdləri üçün 12 may tarixində keçirilmiş buraxılış imtahanlarının nəticəsi elan olunmuşdur

dim_logo

Dövlət İmtahan Mərkəzi 12 mart 2017-ci il tarixində Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan etmişdir. İmtahanda iştirak etmiş şagirdlər (34124 nəfər) DİM-in internet saytındahttps://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə ... Davamını oxu »

DİM-in 27 May tarixində keçirilmiş sınaq imtahanının doğru cavab etalonları

dim_logo

Etalonla tanış olmaq üçün http://dim.gov.az/exam/pretest/ keçidinə daxil ola bilərsiniz. Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar. Davamını oxu »

Yuxarıya qalx