Prezident təqaüdünə layiq görülən tələbələr respublikanın 27 şəhər və rayonunu təmsil edirlər
Prezident İlham Əliyevin 9 sentyabr tarixli Sərəncamına əsasən 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu il Prezident təqaüdünə layiq görülən tələbələr respublikanın 27 şəhər və rayonunu təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd […]