Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə deyib ki, III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. 

Xaricdə təhsil çərçivəsində daha bir əməkdaşlığın astanasında

Bu gün Hədəf Kurslarının baş ofisində Hədəf Kursları MMC-nin baş direktoru f.ü.f.d., dos. Şəmil Sadiq Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin İnsan Kaynakları və Personal İşləri müdiri Mustafa Üstünəl arasında işgüzar görüş keçirilmişdir. Görüşdə Hədəf Kurslarının icraçı direktoru Emin Sadiqov, Azadlıq filialının direktoru Elvin Əliyev və Lefke Avropa Universitetinin Türk dili və ədəbiyyat bölümü […]

MAGİSTRATURAYA QƏBUL İMTAHANININ BİRİNCİ MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il martın 4-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirmişdir. İmtahan Respublikanın 4 şəhərində – Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində ümumilikdə 30 binada təşkil olunmuşdur. İmtahan bütün binalarda saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə […]

20 il ötür…

XOCALI SOYQIRIMI 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın […]

“Ümidlərin izi ilə” romanının təqdimatı keçirildi

“Ümidlərin izi ilə” romanının təqdimatı keçirildi    22 fevralda Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında Xocalı faciəsi qurbanlarının xatirəsinə ithaf edilən “Ümidlərin izi ilə” kriminal-detektiv romanın təqdimat mərasimi keçirildi. Qeyd edək ki, kitabın müəllifləri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq və detektiv yazıçı, “İlin ən yaxşı detektiv romanı” mükafatının qalibi Müşfiq XAN`dır. Təqdimat mərasimində 20-dən çox […]

Əməliyyat Sistemləri (OS)

Əməliyyat sistemləri hesablama prosesini həyata keçirən texniki vasitələrin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompyuteri işə saldıqda əməliyyat sistemi başqa proqramlara əsasən əməli yaddaş qurğusuna (RAM-a) yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompyuterlərdə çox məsələli (yaddaşın və hər vaxtının bölünməsi və s.) iş rejiminin təşkilini təmin edir. […]

Magistratura səviyyəsinə qəbul – 2012

«Magistr» xüsusi buraxılışının 2012-ci il 1-ci sayı çap olunmuşdur Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları təsdiq edilmiş və «Magistr» xüsusi buraxılışının 1-ci sayında dərc olunmuşdur. Buraxılışda magistraturaya hazırlaşan bakalavrlara kömək məqsədilə aşağıdakı materiallar da təqdim olunur: