Hədəf Nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çap etdirdi

Hədəf nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çapdan buraxıb. “İNCİ” seriyası adı altında bir-birindən maraqlı, məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar kitabları, hekayələr kitabları, İQ kitabları və s. nəfis tərtibatla Hədəf Nəşrləri tərəfindən işlənib hazırlanaraq uşaqların istifadəsinə verilib. Layihə rəhbəri Hədəf Nəşrlərinin direktoru, yazıçı Müşfiq Xan, layihə müəllifi isə f.e.ü.f.d., dos. Şəmil Sadiqdir.

Texnikumlara hazırlaşanların nəzərinə

Hədəf kurslarında texnikuma hazırlaşan şagirdlərin qeydiyyatı davam edir. Noyabr ayının 1-dən etibarən bütün filiallarda dərslər başlayır. Qeyd edək ki, bu qruplar əsas təhsil bazası üzrə (9 illik, şəhadətnamə ilə) qəbul olunur. Kursa qəbul kursdaxili imtahanlarla aparılır.

5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür

Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.

“Azərbaycan dilini və Azərbaycanı öyrənək” mövzusunda elmi-praktik konfrans

26 sentyabr 2012-ci ildə Kiyev şəhərindəki Kazatski Mehmanxasının  konfrans zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamına həsr edilmiş “Azərbaycan dilini və Azərbaycanı öyrənək” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Texnikumlara hazırlaşanların nəzərinə

 Qeyd: Bu qruplar əsas təhsil bazası üzrə (9 illik; şəhadətnamə ilə)  Artıq 4 ildir ki, kursumuzda əsas təhsil bazası üzrə texnikumlara hazırlıq qrupları fəaliyyət göstərir. Qeyd edək Hədəf Kurslarının texnikum istiqaməti üzrə ilk məzunları 2009-cu ildə olmuşdur. Həmin il uğur faizimiz 100% oldu. Növbəti illərdə isə münasib olaraq 2010-cu ildə 93%, 2011-ci ildə 96% olmuşdur.

Magistraturaya hazırlaşanların nəzərinə

Artıq 4 ildir ki, kursumuzda magistraturaya hazırlıq qrupları fəaliyyət göstərir. Qeyd edək Hədəf Kurslarının magistratura istiqaməti üzrə ilk məzunları 2009-cu ildə olmuşdur. Həmin il uğur faizimiz 88% oldu. Növbəti illərdə isə münasib olaraq 2010-cu ildə 92%, 2011-ci ildə 99%, 2012-ci ildə də həmçinin 99% olmuşdur.