Coğrafiya metodkabinetinin iclası

27 Oktyabr 2013 – cü il tarixdə Hədəf kurslarının Sumqayıt filialında COĞRAFİYA metodkabinetinin növbəti iclası keçirildi. İclası açıq elan etməklə Coğrafiya metodkabinetinin rəhbəri Famil İsayev müəllimləri salamladı. MQT-1 imtahanında coğrafiya fənninə aid suallara xüsusi həssaslıqla yanaşdıqları üçün təşəkkür etdi və davamlı olaraq bu şəkildə işlərini qurmağını arzu etdi. MQT -1 imtahanında sualların müvəffəqiyyət faizinə nəzər yetirildi.  Sonra ardıcıl olaraq Xırdalan filialının coğrafiya müəllimi Vüsal Heybətov, Azadlıq filialının müəllimi Naibə Məmmədova və Rəsimə Əliquliyeva, Nizami filialının müəllimləri Pərvin İslamova, Könül Mehdiyeva və Şəhmir Mehdiyev, Neftçilər filiallarının müəllimi Səxavət Tağıyev və Rahib Məmmədov filiallarda coğrafiya dərsinin gedişi barədə məlumat verdi. Daha sonra isə MQT – 1 suallarının tək – tək statistik təhlilinə baxıldı, müəllimlərin fikirləri dinlənildi və ən aşağı faiz göstəricisi olan suallarla bağlı fikirlər söyləndi. Sualların bəzi çətin tiplərini müəyyən qədər asanlaşdırmaq, aşağı göstəricisi olan sual tiplərinə yaxın suallardan dərsdə daha çox həll etmək qərarı alındı. Sonra isə Səxavət Tağıyev bildirdi ki, qruplarda elə şagirdlər var ki, müntəzəm olaraq dərsə hazırlıqsız gəlirlər. Bunun üçün valideynlər  övladlarının dərsə ayırdığı vaxta və onların bu vaxt ərzində səmərəli çalışmalarına nəzarət etsinlər. Bu işdə həm də sinif rəhbərlərinin fəaliyyətindən istifadə edilməlidir. Səxavət Tağıyev həm də qeyd etdi ki, zəif uşaqları həftəlik ən az 1 saat əlavə dərs hesabına bəlli bir səviyyəyə çıxarmaq olar. Sonra isə bütün müəllimlərin MQT – 2 imtahanı üçün təqdim etdikləri suallara baxıldı. Suallar seçilərək MQT – 2 imtahanı üçün coğrafiya metodkabinetinin rəhbəri Famil İsayevə təqdim edildi. Həmçinin metodkabinetin növbəti iclasının tarixi də müəyyən edildi.