Buradasınız: Ana səhifə - HƏDƏF XƏBƏR - Coğrafiya metodkabinetinin növbəti iclası keçirildi

Coğrafiya metodkabinetinin növbəti iclası keçirildi

11. 12. 2012 – ci il tarixdə Hədəf Kurslarının Yasamal rayonunda Nizami Baş ofisində coğrafiya metodkabinetinin növbəti iclası keçirildi. İclasda 6 müəllim – Famil İsayev (Coğrafiya metodkabinetinin rəhbəri və Nizami filialının müəllimi); Vüsal Heybətov (Xırdalan filialı direktor müavini və müəllimi); Səxavət Tağıyev (Neftçilər filialının müəllimi); Aygün Quliyeva (Nizami filialının müəllimi); Könül Mehdiyeva (Nizami filialının müəllimi); Seymur Nuri (Azadlıq filialının müəllimi); Pərvin Qasımova (Neftçilər və Azadlıq filiallarının rüs bölməsi üzrə müəllimi) iştirak etdi.

            İclasın gündəliyində aşağıdakı məsələlər yer aldı:

1. Coğrafiya proqramının gedişatı.

2. MQT-2 (Mövzu qiymətləndirmə testi) sınaq imtahanın nəticələri haqqında.

3. Coğrafiyadan abituriyentlərin siniflər üzrə sual analizi.

4. Coğrafiyadan MQT-2 – də ən aşağı nəticə göstərən qrup və şagirdlər.

5. MQT-3 (Mövzu qiymətləndirmə testi) üçün seçilmiş  sualların müzakirəsi.

İclası açıq elan etməklə Coğrafiya metodkabinetinin rəhbəri Famil İsayev məlumat verdi. Əvvəlcə müəllimləri salamladı, MQT-2 imtahanında coğrafiya fənninə aid suallara xüsusi həssaslıqla yanaşdıqları üçün təşəkkür etdi və davamlı olaraq bu şəkildə işlərini qurmağını arzu etdi. Sonra ardıcıl olaraq Xırdalan filialının coğrafiya müəllimi Vüsal Heybətov, Azadlıq filialının müəllimi Seymur Nuri, Nizami filialının müəllimləri Könül Mehdiyeva və Aygün Quliyeva, Neftçilər filiallarının müəllimi Səxavət Tağıyev və Neftçilər və Azadlıq filiallarının rus bölməsi üzrə müəllimi Pərvin Qasımova də işin gedişi barədə məlumat verdi. Statistik təhlilə baxıldı, müəllimlərin fikirləri dinlənildi və ən aşağı faiz göstəricisi olan suallarla bağlı fikirlər söyləndi. Sualların bəzi çətin tiplərini müəyyən qədər asanlaşdırmaq, aşağı göstəricisi olan sual tiplərinə yaxın suallardan dərsdə daha çox həll etmək qərarı alındı. İşin gedişində belə qənaətə gəlindi ki, qruplarda elə şagirdlər var ki, müntəzəm olaraq dərsə hazırlıqsız gəlirlər. Bunun üçün valideynlərin  övladlarının dərsə ayırdığı vaxta və onların bu vaxt ərzində səmərəli çalışmalarına nəzarəti dilə gətirildi. Bu iş üçün həm də sinif rəhbərləri də fəaliyyəti səfərbər etməlidirlər. İclasda həm də qeyd olundu ki, zəif uşaqları həftəlik ən az 1 saat əlavə dərs hesabına bəlli bir səviyyəyə çıxarmaq olar.

İclasın gedişində birlikdə olaraq MQT- 3  suallarına baxıldı, müzakirə edildi və ilin əvvəlində qəbul olunmuş şablona uyğun olduğu təsdiqləndi.

Müəllimlər fərdi qaydada bəzi sualların izahını verdilər.

Sosial şəbəklərdə paylaş!
Yuxarıya qalx