Cumhuriyyətin 101-ci il dönümünə həsr edilmiş Hədəf İntellektual Bilik Yarışmasının finalı keçirildi

Hədəf Kursları Layihələr və Xarici Əlaqələr Departamentinin təşkil etdiyi, Azərbaycan Cumhuriyyətinin 101-ci il dönümünə həsr edilmiş Hədəf İntellektual Bilik Yarışmasının final mərhələsi baş tutub.
Layihədə Hədəf Kurslarının 8 filialından komandalar iştirak edib.
Final Mərhələsi iki hissədən ibarət olub , ümumilikdə 20 sual səsləndirilib.
Nizami filialı “Kərtənkələ” komandası 12 balla yarışın qalibi adına layiq görülüb. Əhmədli filialı “Pentaqon” komandası (11) 2-ci yerin, Azadlıq filialı “Dominators” komandası (10+1) 3-cü yerin sahibi oldular. “Legenda” komandası (10) ilə Qara Qarayev filialı 4-cü yer, “Xəmsə” (Sumqayıt) və “Rubin” (Yasamal) komandaları 9 balla 5-ci yeri bölüşərkən, Xırdalan filialı “Victory” komandası (8) 6-cı yer, 20 Yanvar filialı “Cumhuriyyət” komandası (7) 7-ci yerin sahibi oldu.

Yarışda ilk 3 yerin sahibi komandalar sertifikat və hədiyyələrlə təltif olundular. Qaliblərə hədiyyələri Layihələr və Xarici Əlaqələr Departamentinin müdiri Elvin Əliyev, Tədris Departamentinin direktoru Elxan Nəcəfov, Azadlıq filialının müdiri Məhəmməd Xankişiyev, Sumqayıt filialı müdiri Vüsal Heybətov, Əhmədli filialının müdir müavini Vahid Vahidli, filial psixoloqları və sosial işçiləri təqdim edib

lər.